CNN: Tramp İranla bağlı reaksiyalardan qəzəblənib

2026/06/1781065686.jpg
Oxunub: 274     21:44     11 İyun 2026    
ABŞ Prezidenti Donald Trampın İrana qarşı yeni zərbələrdən sonra Tehranın və media qurumlarının reaksiyalarından narazı qaldığı iddia olunur.

Ordu.az xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Tramp hesab edib ki, nə İran rəhbərliyi, nə də media ABŞ-nin hərbi əməliyyatlarını kifayət qədər ciddi və təsirli qəbul etmir.

Bildirilir ki, ilk hücumların nəticələri qiymətləndirildikdən sonra Tramp çərşənbə günü ikinci hücum dalğasının həyata keçirilməsi barədə göstəriş verib. Onun məqsədinin İranı münaqişənin dayandırılması ilə bağlı diplomatik razılaşmaya daha tez razı salmaq olduğu qeyd edilir.

Mənbələrin sözlərinə görə, Trampın narazılığı sonrakı gün də davam edib və o, İranın zərbələri hələ də ciddi qəbul etmədiyini düşünürdü.

Həmin gün ABŞ prezidenti “Truth Social” platformasında yeni və daha sərt hücum mərhələsinin hazırlandığını açıqlayıb.

CNN-in məlumatına görə, Tramp son dövrlərdə əvvəlki yanaşmasından fərqli olaraq gələcək plan və təhdidlərini əvvəlcədən ictimaiyyətə açıqlamağa başlayıb. Bu açıqlamalara Xarq adasındakı neft infrastrukturu kimi mühüm obyektlərə mümkün zərbələr də daxildir.

Mənbələr bildirirlər ki, ABŞ prezidenti həmçinin mediada İranın hərbi imkanları və cavab zərbələri endirmək potensialı barədə yayımlanan məlumatlardan da narazıdır.

Tramp isə “Fox News” telekanalına müsahibəsində qəzəbli olması barədə iddiaları rədd edib.

“Mən qəzəbli deyiləm. Heç bir qəzəb hiss etmirəm”, - deyə ABŞ prezidenti bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin