BƏƏ rəhbərləri Paşinyanı təbrik edib

2026/06/1781199878.jpg
Oxunub: 213     21:41     11 İyun 2026    
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Ermənistanın Baş naziri Nikol Paşinyana təbrik məktubu göndərib.

Ordu.az xəbər verir ki, təbrik məktubu Paşinyanın parlament seçkilərində qazandığı qələbə münasibətilə ünvanlanıb.

Məlumata görə, BƏƏ-nin vitse-prezidenti, Baş naziri və Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Məktum, həmçinin vitse-prezident, Baş nazirin müavini və Prezident Aparatının rəhbəri Şeyx Mənsur bin Zayed Əl Nəhyan da Nikol Paşinyana oxşar məzmunlu təbrik məktubları göndəriblər.

Təbriklərdə Ermənistan hökumətinin gələcək fəaliyyətinə uğurlar arzulanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BƏƏ   Ermənistan  


Bizi "telegram"da izləyin