Ordu.az xəbər verir ki, bu barədə İranın “Al-Alam” peyk televiziya kanalı məlumat yayıb.
“Biz Hörmüz boğazına nəzarəti davam etdiririk və boğazdan keçməyə cəhd edən istənilən gəmiyə qarşı qətiyyətlə hərəkət edəcəyik”, - deyə məlumatda SEPAH komandanlığına istinadən bildirilib.
Telekanalın məlumatına görə, bundan əvvəl İran hərbçiləri tankerin Hörmüz boğazını keçməsinin qarşısını almaq üçün atəş açıblar.
İnsident İranın cənubunda yerləşən Sirik şəhərinin sahilləri yaxınlığında baş verib. Həmin ərazidə daha əvvəl partlayış səslərinin eşidildiyi bildirilmişdi.
Cümə axşamı İranın Fars Körfəzinə Nəzarət Administrasiyası (PGSA) Hörmüz boğazının yeni bildiriş verilənədək bütün gəmilər üçün bağlanması barədə qərarı təsdiqləyib.
Sevinc Əliyeva
Ordu.az