Ordu.az xəbər verir ki, bu barədə "Akipress" məlumat yayıb.
Danışıqların yekunlarına görə müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə yönəlmiş bir sıra sənədlər imzalanıb.
Xüsusilə, iki ölkənin aviasiya qurumları arasında əməkdaşlıq, dövlət əmlakının idarə edilməsi, heyvandarlığın inkişafı sahəsində qarşılıqlı fəaliyyət haqqında sənədlər, həmçinin Qırğızıstan və Gürcüstanın xarici siyasət idarələri arasında 2027-2028-ci illər üçün əməkdaşlıq proqramı və s. imzalanıb.
Bundan əlavə, tərəflər nüvə təhlükəsizliyi, nüvə obyektlərinin fiziki mühafizəsi sahəsində məlumat mübadiləsi və əməkdaşlıq barədə razılığa gəliblər. Eyni zamanda, təhsil sahəsində əməkdaşlıq haqqında memorandum da imzalanıb.
Ticari-iqtisadi əlaqələrin inkişafına xüsusi diqqət yetirilib. O cümlədən, Qırğızıstan və Gürcüstan arasında daşınan mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə saziş imzalanıb.
Sənədlər paketinə həmçinin idman sahəsində əməkdaşlıq haqqında saziş və iki ölkənin Ədliyyə nazirlikləri arasında qarşılıqlı fəaliyyət haqqında memorandum daxil edilib.
Ordu.az