“Platinum Wolf - 2026” təlimində "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib - FOTOLAR

2026/06/277d2-19593201518.jpg
Oxunub: 315     21:42     11 İyun 2026    
Hərbi qulluqçularımızın iştirakı ilə Serbiyanın Buyanovats şəhəri yaxınlığında “Platinum Wolf - 2026” beynəlxalq taktiki təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirdə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və onun rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də təlimə qatılan digər ölkələrin yüksək səviyyəli qonaqları iştirak ediblər.

Əvvəlcə beynəlxalq taktiki təlimin gedişatı, qarşıda duran tapşırıqları və mərhələləri barədə qonaqlara məlumat verilib, daha sonra təlim poliqonunda müxtəlif epizodlar praktiki olaraq yerinə yetirilib.

Komanda məntəqəsində təlimin gedişatını izləyən rəsmi nümayəndələr hərbi qulluqçularımızın peşəkarlığını yüksək qiymətləndiriblər.

Sonda təlimdə fərqlənənlərə mükafatlar təqdim olunub.

Qeyd edək ki, təcrübə mübadiləsinin aparılması, sülhməramlı əməliyyatların icrası zamanı tərəfdaş ölkələrin silahlı qüvvələri arasında qarşılıqlı uzlaşmanın gücləndirilməsi və hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə keçirilən təlimdə Amerika Birləşmiş Ştatları, Azərbaycan, Birləşmiş Krallıq, Bosniya və Herseqovina, İtaliya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya və Yunanıstandan olan hərbi qulluqçular iştirak ediblər.











Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Serbiya   Azərbaycan   Təlim   Zakir-Həsənov  


Bizi "telegram"da izləyin