Ermənistan TŞ katibi yenidən Qarabağa gəlir: Bu dəfə məqsəd nədir?

2020/04/44556-1587717410.jpg
Oxunub: 21037     15:00     24 Aprel 2020    
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yenidən işğal altında olan Qarabağa gəlir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Qriqoryan aprelin 27-28-də Xankəndi şəhərində olacaq.

Qeyd edək ki, son zamanlar Qriqoryan tez-tez Qarabağa gəlir. Rəsmi şərhə görə, Qriqoryan bu dəfə “işgüzar görüşlər” keçirmək məqsədilə Qarabağa gələcək.

Xatırladaq ki, bir neçə gün bundan öncə Qriqoryan qondarma qurumun yeni “rəhbəri” ilə İrəvanda görüşüb, lakin növbəti dəfə Xankəndində görüşün baş tutacağı istisna edilmir.

Bundan başqa, Qriqoryanın qondarma qurumun hazırkı “rəhbəri” ilə də görüşü planlaşdırılıb.

Həmçinin qeyd edək ki, o, Qarabağda qanunsuz keçirilmiş “seçkilərdə” açıq şəkildə Masis Mayilyanı dəstəkləyirdi.

Alpər Mövludoğlu
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İşğal   Qarabağ   Qriqoryan  


Bizi "telegram"da izləyin