Sərhədçi şəhidimizin dəfn mərasimi keçirilib - YENİLƏNİB (FOTOLAR +VİDEOLAR)
Oxunub: 16550
15:10
07 Mart 2020
Qazax rayonunun Daş Salahlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidməti vəzifələrini yerinə yetirən zaman şəhid olan əsgərimiz Qarayev Eltun Elman oğlunun dəfn mərasimi keçirilib.
Ordu.az-ın Qarabağ bürosu xəbər verir ki, dəfn mərasimi Bərdədəki Şəhidlər xiyabanında keçirilib.
Qeyd edək ki, sərhədçi əsgər Ermənistan silahlı qüvvələrinin odlu silahdan açdığı atəş nəticəsində qətlə yetirilib.
Xarici İşlər Nazirliyi bildirib ki, bu qətl həftə ərzində düşmən qüvvələrinin Ermənistan-Azərbaycan sərhədində törətdiyi ikinci qanlı təxribat və cinayət halıdır və onun bütün məsuliyyətini Ermənistan daşıyır.