8 MART - Beynəlxalq qadınlar gününüz mübarək

2020/03/qadin-1583566888.jpg
Oxunub: 2817     10:36     08 Mart 2020    
Demokratik, tolerant dövlətlərdə insan hüquqları qanunla ciddi şəkildə mühafizə olunur. Belə cəmiyyətlərdə dövlət qadın hüquqlarını da ciddi nəzarətdə saxlayır. Azərbaycan belə dövlətlərdəndir. Hələ 1918-ci ildə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumətin ilk sənədlərindən biri qadınlara seçki hüququnun verilməsi oldu. Bu sənəd qadınların cəmiyyətdə rolunun tənzimlənməsi istiqamətində ilk hüquqi dövlət sənədi idi. Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra qadınların təxəyyülü, qabiliyyəti, idrakı, istedadı,... cəmiyyətə inteqrasiyası təmin edildi. Ulu öndər Heydər Əliyevin "Qadınlar cəmiyyətin bəzəyidir, gözəlliyidir. Qadınsız cəmiyyət ola bilməz, həyat ola bilməz", - fikirləri dövlətin daxili siyasətində əhəmiyyətli dərəcədə nəzərə alındı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu siyasəti də uğurla davam etdirir. Bütün dövlət strukturlarında təmsil olunan qadınlar Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində fəal iştirak edirlər.

8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində Azərbaycan Ordusunda xidmət edən və işləyən qadınların bir neçəsinin dediyi fikirləri təqdim edirik.

Mayor Şahnaz Teymurova:

- Qoynunda dünyaya göz açdığım Laçında 8 il yaşadım. Erməni işğalçıları doğma ocaqlarımızı zəbt edəndə ikinci sinifdə oxuyurdum. Yaşım az olsa da o, ağrılı-acılı günlər yaddaşımda əbədi iz salıb. Elə o vaxtlardan qəlbimdə erməni qəsbkarlarına qarşı nifrət hissi məni hərbçi olmağa həvəsləndirdi. Bu maraq mənə ordunu sevdirdi, ömrümü hərbi həyata bağladı.

Orta təhsilimi bitirən ili - 2001-ci ildə sənədlərimi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə verdim. Sınaqlardan uğurla keçib istəyimə çatdım. Təhsil illərində hərbi biliklərə yiyələndim. Təhsilimi başa vurub, leytenant rütbəsi aldığım günü heç vaxt unutmayacağam.

Bir müddət Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində, sonra "N" hərbi hissəsində xidmət etdim. 2016-cı ildən xidmətimi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ərzaq xidmətinin rəisi vəzifəsində davam etdirirəm.

Hərbçi qadınları görəndə həmişə: "Aslanın erkəyi, dişisi olmaz" atalar sözü yadıma düşür. Tarix boyu düşmən hücumu olanda qadınlar da kişilərlə bərabər silaha sarılaraq döyüşə yollanıblar. Kişilərlə çiyin-çiyinə vuruşublar, igidlik, qəhrəmanlıq göstəriblər. Tomrisin, Həcərin, Nigarın və Qarabağ müharibəsində iştirak edən hərbçi qadınların cəsarəti bizim üçün örnəkdir. Qəhrəmanlıq ənənələri bu gün də davam edir, sabah da davam edəcək.

Mən bütün qadın hərbi qulluqçularımızı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, onlara xidmətlərində uğurlar arzulayıram.

Tibb xidməti mayoru Elmira Nohova:

- Hərbi qulluqçulara tibbi xidmət göstərmək qürurvericidir. Uzun illərdir bu sahədə çalışıram. Hərbi formanı görəndə ürəyim dağa dönür. Bu sahəyə olan maraq oğlum Raufa da keçib - uşaqlığından evdə hərbi forma görüb, ürəyində bu peşəyə məhəbbət yaranıb. Rauf indi kapitandır, "N" hərbi hissəsində xidmət edir. Nəyə görə övladımdan çox danışdım? Çünki bizə müraciət edən hərbi qulluqçuları öz oğlum bilirəm.

Poliklinikamızda hərbi qulluqçulara tibbi xidmət göstərmək üçün hərtərəfli şərait yaradılıb.

Poliklinikanın rəisi tibb xidməti polkovnik-leytenantı Mehriban Quliyeva bütün işləri diqqət mərkəzində saxlayır. İşlərin daha rəvan, rahat keçməsi üçün məsləhət və tövsiyələrini bizdən əsirgəmir. Hərbi qulluqçularımız bütün müayinələrdən keçirilir, analizlər qəbul olunur. Dispanser müayinəsinin keçirilməsinə böyük məsuliyyətlə yanaşırıq. Çünki hərbçi üçün sağlamlıq vacib şərtdir. Axı onlar gərgin keçən təlimlərdə, məşğələlərdə iştirak edir, yurdumuzu erməni işğalçılarından qoruyurlar. Vətən qoruyucularının sağlamlığının keşiyində dayanmaq şərəfli vəzifədir.

Bu gün cəmiyyətimizdə qadınların nüfuzunun artması bizi çox sevindirir. Həm dövlət, həm də ictimai işlərdə qadınlara üstünlük verilir.

Bayramınız mübarək, əziz qadınlarımız!

Mən xidmət yoldaşım olan bütün qadınları, ümumən ordumuzda xidmət edən bütün qadınları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm.

Gizir Ülkər Nəzərova:

- Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xidmət etmək mənim üçün çox qürurludur. Çünki burada gələcək ordumuzun zabitləri təhsil alır. Mənim üçün çox xoşdur ki, onların sənədlərinin hazırlanmasında iştirak edirəm. Deməli, mən də ordumuzun qurulması üçün az da olsa nə isə bir iş görürəm. Nümunəvi xidmətimə görə dəfələrlə komandanlıq tərəfindən fəxri fərmanlarla, tərifnamələrlə mükafatlandırılmışam. Əlbəttə ki, bütün bunlar məni sevindirir. Mənim üçün ən böyük sevinc ordumuzun gündən-günə güclənməsidir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya fakültəsini bitirmişəm. Ölkəmizin coğrafiyasını bilirəm. Doğma Qarabağımızın erməni işğalçılarının tapdağında qalmasından çox üzülürəm. Əminəm ki, gündən-günə güclənən ordumuz torpaqlarımızı işğaldan azad edəcək.

Bayram münasibətilə qadınlarımızı təbrik edir, onlara xidmətlərində, şəxsi həyatlarında uğurlar arzulayıram.
Abiyat Ağadadaşova (Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri):
- Ulu öndər Heydər Əliyev deyirdi: "Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf, şan-şöhrətdir. Qadın ucalıq, ülvilik məbədidir, ismət, qeyrət, qüdrət rəmzidir". Cəmiyyətimiz Ulu Öndərin bu kəlamını sədaqətlə yaşatmaqdadır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dahi rəhbərin siyasi kursunu bu istiqamətdə də uğurla davam etdirir, qadınların təfəkkürünün, intellektinin, istedadının cəmiyyətə bütünlüklə inteqrasiyasına gözəl şərait yaradıb. İndi qadınlar ictimai həyatın bütün sahələrində dövlətə, dövlətçiliyə sədaqətlə çalışırlar.

Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsi bütün qadın işçilərinin hüquqlarının müdafiəsində dönməzdir. Onların hər birinin problemlərinin həllində yaxından iştirak edir. Qürurla bildirirəm ki, təşkilatımızın qadın üzvlərinin fəaliyyəti işlədikləri idarənin rəhbərliyi tərəfindən yüksək dəyərləndirilir. Biz də Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsi olaraq daim onların mükafatlandırılmasını təmin edirik. Bir sözlə, biz azərbaycançılıq ideologiyasını fəaliyyətimizin başlıca ideoloji amili bilirik.

Azərbaycan Ordusunda xidmət edən, işləyən bütün qadınları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, onlara cansağlığı, uğurlar arzulayıram.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Tamara Muradova:

- Ön xətt hərbi hissələrindən birində rabitəçi vəzifəsində xidmət edirəm. Çalışdığım sahədə dəqiqliyi və etibarlılığı mən də başlıca meyar bilirəm. Bu sahənin sirlərini də, əsl hərbçi kimi davranmağı da komandirlərimdən öyrənirəm. Xidməti vəzifələrimi bacarıqla yerinə yetirməklə yanaşı, öz davranışımla Azərbaycan qadınının adını hər zaman uca tuturam. Biz qadınlar bütün sahələrdə kişilərlə çiyin-çiyinə dövlətçiliyimizə xidmət edirik. Cəmiyyətdə böyük nüfuza, mövqeyə malik olan qadınlar dövlətin hərtərəfli inkişafı və tərəqqisi prosesinə öz layiqli töhfələrini verirlər. Respublikamızda olan demokratik mühit ölkə qadınlarının zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaradır. 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bütün həmkarlarımı təbrik edirəm.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Cəmilə Şəfiyeva:

- 2015-ci ildən C.Naxçıvanski adına Hərbi Liseydə xidmət edirəm. Liseyimiz yenidən əsaslı təmir olunub. Ordumuzun gələcək zabitlərinin burada təhsil almaları üçün hərtərəfli şərait yaradılıb. Hərbi liseyin rəhbərliyi, zabitlər, müəllimlər bu şəraitdən lazımınca istifadə edirlər. Hər kəs üzərinə düşən tapşırıqları yüksək səviyyədə yerinə yetirməyə çalışır. Kursantların bilik səviyyəsinin yoxlanılması üçün bölməmizdə müxtəlif testlər hazırlanır.

Hər şey elmdən, bilikdən başlayır. İstər zabit, istərsə də adi vətəndaş öz sahəsini mükəmməl bilərsə, işində həmişə uğur qazanar, cəmiyyətdə nüfuzu artar. Mütəxəssisləri-miz bunları nəzərə alırlar ki, kursantların biliklərini tam əhatə etsinlər.

Cəmiyyətimizdə qadınların rolunun artdığını gördükcə sevinirəm. Bizim Hərbi liseydə də hərbçi qadınlar xidmət edirlər. Onlar üzərlərinə düşən tapşırıqları bacarıqla yerinə yetirirlər. Qarabağ müharibəsində qadınlarımız da Vətənin müdafiəsində dayanmışdılar. Biz hərbçi qadınlar onların döyüş yollarını davam etdiririk. 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bütün ana və bacılarımızı təbrik edirəm.

Zümrüd Səmədova (Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin müdiri):

- Qadın anadır. Onun analıq missiyası ən böyük və eyni zamanda, ən müqəddəs bir missiyadır. Ana övladının əsl vətəndaş kimi formalaşmasında böyük rol oynayır.

Torpaqlarımızda müharibə gedir. İşimlə əlaqədar şəhid anaları və ailələri ilə tez-tez ünsiyyətdə oluram. Görürəm ki, şəhid anaları acılar çəksələr də, yenə qürurludurlar, dözümlüdürlər, əyilməz və məğrurdurlar.

Milli-mənəvi dəyərlərimizin formalaşmasında və inkişafında qadınların da rolu böyükdür. Bu fikir ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qadının ailədə, eləcə də cəmiyyətdə rolu haqqında söylədiyi fikirlərində bir daha öz təsdiqini tapır:

"Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq, analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm". Bu yanaşma xalqımızın milli-mənəvi dəyərlər sistemində, ailədə və cəmiyyətdə qadının rolunun nə qədər önəmli olduğunu diqqətimizə çatdırır. Bu gün Azərbaycan qadınının həm ailədə, həm işdə, həm də cəmiyyətdəki layiqli mövqeyi dövlətimizin uğurlu, xoşbəxt sabahına, xalqımızın firavanlığına ən ciddi təminatlardan biridir. Ordumuzda xidmət edən qadınları, şəhid analarını, bacılarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, onlara cansağlığı, ailə səadəti, işlərində uğurlar arzulayıram.

Humay Hacıyeva:

- Biz aşpazlar əsgərlərə dadlı xörəklər bişirməklə vətəndaşlıq borcumuzu yerinə yetiririk. Əsgərlərimizin dadlı, keyfiyyətli qidalanmaları üçün əlimizdən gələni əsirgəmirik. Onların sağlamlığının qorunmasında keyfiyyətli və vitaminlərlə zəngin təamlarla qidalanması əsas amillərdən biridir. Əsgərlərimizin fiziki cəhətdən sağlam və gümrah olması ordumuzun döyüş qabiliyyətinin artması deməkdir. Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında olması bizi də qürurlandırır. Belə bir orduda işləmək hər birimizə könül xoşluğu verir. Torpaqlarımızın bir qisminin işğal altında olduğu bir dövrdə üzərimizə düşən vəzifəni layiqincə yerinə yetiririk. Mənim də oğlum hərbi qulluqçudur. Bir hərbçi anası kimi inanıram ki, övladlarımız Ali Baş Komandanın döyüş əmriylə döyüşəcək, torpaqlarımızı işğaldan azad edəcəklər. Bütün anaları, məmləkətimizin bütün qadınlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Sona Həmzəyeva:

- Sevinirəm ki, müasir cəmiyyətimizin əksər sahələrində olduğu kimi, ordu quruculuğunda da qadınlarımızın sayı artır. Qadınlar hərb sənətinin məsuliyyətini dərindən dərk edirlər. Komandirlərimizin tapşırıqlarının öhdəsindən operativ gəlmək üçün öz üzərimizdə daim çalışırıq. Xidmətdə olduğum müddətdə xeyli yaddaqalan hadisələr yaşamışam. Keçən il Hərb Oyunlarında (Army Games) iştirakım hafizəmə həkk olunan ən yaddaqalan hadisələrdən biri oldu. Belə ki, Rusiyanın Alabino şəhərində təşkil olunan "Səhra mətbəxi" müsabiqəsində iştirak etdim. Bu yarışlar mənim və komanda yoldaşlarımın təcrübə qazanmasında da mühüm rol oynadı. İştirak etdiyim yarışlarda və müsabiqələrdə birinci olmağa çalışıram. Ölkə daxilində təşkil olunan yarışlarda hər birimiz birincilik üçün mübarizə aparsaq da, mübarizəmiz dostluq və yoldaşlıq şəraitində keçir. Bir neçə dəfə "Ən yaxşı aşpaz" adı uğrunda keçirilən yarışlarda iştirak etmişəm, yüksək nailiyyətlər qazanmışam. Ordu sıralarında xidmət edən qadın hərbi qulluqçu adını daşımaqla qürur duyuram.

Ölkəmizin daxilində və hüdudlarından kənarda yaşayan Azərbaycan qadınlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Zəminə Xınalı:

- Müxtəlif müəssisələrdə işləmişəm. Sonra hərbi xidmətə başlamışam. Uzun müddət Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xidmət etmişəm. Tərxis olunduqdan sonra da hərbi sahədən uzaq düşməmişəm, hazırda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində kitabxana müdiri vəzifəsində çalışıram. Vətənpərvərlik tərbiyəsinin sistemli şəkildə aparılmasında bədii ədəbiyyatın da böyük əhəmiyyəti vardır. Biz fəaliyyətimizi məhz bu amillə qurmuşuq. Mənim hər iki oğlum hərbi qulluqçudur, atalarının yolunu davam etdirir. Bir ana kimi bundan böyük qürur duyuram. Neçə-neçə əsərin müəllifiyəm, ancaq ən dəyərli əsərim Vətənə xidmət edən oğullarımın vətənpərvərliyidir. Vətənpərvərlik tərbiyəsi sayəsində xidmətlərimə görə 2015-ci ildə "Əməkdar mədəniyyət işçisi" adına layiq görülmüşəm.

Dövlətimizin qadınlara, bu sıradan hərbçi qadınlara böyük diqqət və qayğısına görə ölkə başçısına, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığımı bildirirəm.

Mən həm ana, həm də hərbi xidmət keçmiş vətəndaş olaraq bütün qadınlarımızı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, hər birinə cansağlığı, ailə səadəti arzulayıram...

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Şahnaz Cəfərova:

- Mən də orta məktəbdə oxuyanda müəyyən xəyallarla yaşayırdım. Oxuduğum bədii əsərlərin, gördüklərimin, eşitdiklərimin təsiriylə ixtisas seçimimi də müəyyənləşdirmişdim: müəllim olmaq. Bu peşəni qəlbən sevirdim.

Orta məktəbi bitirdim. Qəbul imtahanlarında kifayət qədər bal toplaya bilmədim. Müəllimlik peşəsi xəyalım olaraq könlümdə qaldı.

İllər keçdi. Azərbaycan Ordusunun qüdrəti haqqında eşitdiklərim mənim könlümdə gərəkli bir arzuya tərpəniş verdi. Mən də hərbçi olmağı qərara aldım. Oxuduqlarım mənim xəyal dünyamı daha da nurlandırmışdı. Bu nurun işığında ömrümün sabahlarını hərbi mundirdə görürdüm. Qərarımı ailəm də dəstəklədi. Atamın bir kəlməsini heç zaman unutmayacam: Sən hərbçi olmaqla, Vətəni necə sevdiyini təsdiqləyirsən, qızım. Sənin bu sevgin müqəddəs sevgidi.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusuyam. 2016-cı ilin Aprel döyüşlərində qazanılan qələbələrin də, 2018-ci ildə Azərbaycan Ordusunun yaradılmasının və Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş paradların da qürurunu hərbçi kimi yaşayanlardan biri də mən olmuşam. İnanıram ki, Ali Baş Komandanın döyüş əmriylə qazanılacaq qələbənin sevincini yaxın vaxtlarda qürurla yaşayacağıq...

Mən bütün qadın hərbi qulluqçuları, Azərbaycan Ordusunda işləyən mülki qadın əməkdaşları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm. İnanıram ki, onlar Azərbaycan əsgərinin qüdrəti ilə qalib Azərbaycan Ordusunun hərbi qulluqçusu, mülki işçisi kimi qədərsiz qələbə sevinci yaşayacaqlar.

Zenfira İsmayılova:

- 1998-ci ilin fevralından Cəmşid Naxçıvanski adına Hərbi Liseydə kitabxana müdiri işləyirəm. Kursantlara, ordumuzun gələcək zabitlərinə xidmət göstəririk. Çalışırıq ki, kursantlarımız savadlı, bilikli olsunlar. Komandanlıq onların kitabxanadan istifadə etmələri üçün hərtərəfli şərait yaradıb. Kursantlarımız bədii əsərlərə də böyük maraq göstərirlər. Kitabxanamız zəngin olduğundan onlar burada istədikləri ədəbiyyatı alıb oxuyurlar. Mütəmadi olaraq kitabxanada qiraət yarışmaları keçirilir. Bu, kursantların böyük marağına səbəb olur. Təkcə kursantlar deyil, Hərbi liseyin zabitləri, müəllimləri, mütaliəyə böyük maraq göstərən işçiləri də kitabxanamıza gəlirlər. Kollektivimiz oxuculara xidmət göstərmək üçün üzərinə düşən tapşırıqları peşəkarcasına yerinə yetirir.

İllərdən bəri məni Hərbi liseyə bağlayan ordumuza olan sevgi və məhəbbətdir. Silahlı Qüvvələrimiz gücləndikcə bu sevgi daha da artır. Bu sevgi, bu istək məndən övladıma da keçib. Böyük oğlum İlham İsmayılov bu məktəbdə təhsil alıb. Sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Hazırda "N" hərbi hissəsində xidmətini davam etdirir. Kursantlara doğma övladım kimi baxıram. Çünki onlar ordumuzun, Silahlı Qüvvələrimizin sabahıdır. İnanıram ki, ordumuzun sabahı daha işıqlı və nurlu olacaq.

Hərbi liseyin işçisi kimi, zabit anası kimi bütün hərbçi qadınları, ümumən bütün azərbaycanlı qadınları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, hər birinə cansağlığı arzulayıram.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Şəhla Babayeva:

- Gənclərimizin Vətənə, torpağa bağlılığı, müstəqil Azərbaycan Respublikasına, azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda tərbiyə olunmasında analarımızın xidmətləri böyükdür. Qadınlar dərin zəkası və tükənməz daxili potensialı ilə xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər, cəmiyyətin bütün sahələrində kişilərlə çiyin-çiyinə çalışırlar. Ordumuzda da qadınların xüsusi yeri vardır. Hər biri çalışdığı sahə üzrə ixtisaslaşıb, tutduğu vəzifənin öhdəsindən layiqincə gəlir. Xidmət etdiyim hərbi hissədə əksər ixtisaslarda qadın hərbi qulluqçular xidmət edirlər.

Bu bayram ilk olaraq analarımızın bayramıdır. Analarımıza demək istəyirəm ki, hamı varlığı üçün sizə borcludur. 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə anaları, bu sıradan qadın hərbi qulluqçuları təbrik edirəm.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Rəna Abbasova:

- Mən də torpaqlarımızın işğaldan azad edilməsində az da olsa iştirak etmək niyyətiylə hərbçi olmaq istədim. Hərbçi olaraq Vətənə xidmət etməkdən qürur duyuram. Azərbaycan Ordusunun hərbi qulluqçusu adını daşımağın məsuliyyətini dərk edirəm. Vəzifəmə uyğun olaraq tapşırıqları operativ, cəld və dəqiq yerinə yetirirəm. Dövlətimiz qadınlara yüksək diqqət və qayğı göstərir. Uzun müddətdir ki, idmanın karate növü ilə məşğul oluram. Müxtəlif birinciliklərdə iştirak etmişəm, medal və diplomlarla təltif olunmuşam. Xidmətim müddətində fərqləndiyimə görə komandanlıq tərəfindən fəxri fərman və diplomlara layiq görülmüşəm. Azərbaycanımızın bütün qadınlarını bayram münasibətilə təbrik edir, hər birinə cansağlığı arzulayıram.

"Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər: Ordu   8-Mart  

8 MART - Beynəlxalq qadınlar gününüz mübarək

2020/03/qadin-1583566888.jpg
Oxunub: 2818     10:36     08 Mart 2020    