ANAMA-dan
Ordu.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və DSX-nin əməkdaşları dərhal həmin əraziyə göndərilib, ərazisinə baxış keçirilib.
Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb.
Agentliyin mütəxəssisləri tərəfindən Quşçu Ayrım kəndiərazisində aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 1-ci Şıxlı kəndi ərazisində aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində isə 811 ədəd 5.45 mm-lik patronlar aşkar olunan, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Top mərmisinin və patronların ətrafında 1 100 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Ordu.az