Belarusda Həzi Aslanovun 110 illiyi münasibətilə silsilə tədbirlər keçirilir - FOTOLAR

2020/02/15808-1580884439.jpg
Oxunub: 1199     11:02     05 Fevral 2020    
Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamına əsasən, ölkəmizin Belarusdakı səfirliyi tərəfindən silsilə tədbirlər keçirilir.

Səfirlikdən Ordu.az-a bildiriblər ki, Azərbaycanın Belarusdakı səfirliyinin təşkilatçılığı və MDB İcraiyyə Komitəsinin nümayəndələrinin iştirakı ilə Vileyka şəhərində görkəmli hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun anadan olmasının 110 illiyi münasibətilə anım tədbiri keçirilib.

Qeyd edək ki, Həzi Aslanovun özü tərəfindən bilavasitə azad edilmiş Vileyka şəhərində Azərbaycan diasporunun köməyi ilə görkəmli sərkərdəmizə əzəmətli abidə ucaldılıb. Həzi Aslanovun abidəsi önündə keçirilən tədbirin açılışında Böyük Vətən müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri Vileyka rayon İcraiyyə Komitəsinin sədri Oleq Bequnets açaraq bildirib ki, “Baqration” əməliyyatı gedişində 35-ci qvardiya tank briqadasının başında Vileyka, Borisov və Smorqon şəhərlərini azad edən Həzi Aslanov Vileyka sakinləri üçün xilaskar əsgər rəmzidir. Biz böyüməkdə olan gənclərimizi onun nümunəsində tərbiyə edəcəyik.

Tədbirdə çıxış edən səfir Lətif Qəndilov general-mayor Həzi Aslanovun anadan olmasının 110 illiyi münasibəti ilə dövlət səviyyəsində tədbirlərin keçirilməsinə dair Prezident İlham Əliyevin Sərəncam imzaladığını tədbir iştirakçılarının diqqətinə çatdırıb və bunun Böyük Vətən Müharibəsində qələbənin 75 illiyi ilə üst-üstə düşdüyünü qeyd edib. Bu isə xalqımızın və dövlətimizin qələbənin 75 illiyinə verdiyi diqqətin tərənnümdür.

L.Qəndilov bildirib ki, Böyük Vətən Müharibəsi dövründə qələbənin əldə olunmasında Azərbaycan xalqının əvəzsiz xidmətləri olub. Həmin illərdə 600 mindən çox azərbaycanlı cəbhəyə gedib, onların təqribən 300 mini həlak olub, 128 azərbaycanlı isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Belarusun azad edilməsi üçün 16 mindən çox azərbaycanlı öz canlarını fəda edib. Səfir qeyd edib ki, xalqımız arxa cəbhədə də qəhrəmanlıq göstərərək Böyük Vətən Müharibəsi zamanı cəbhəni tələb etdiyi yanacağın 80 faizi, sürtgü yağlarının 90 faizi, bundan əlavə isti geyim, ərzaq və silah-sursatla təmin edib.

Səfir Həzi Aslanovun keçdiyi döyüş yolu və qəhrəmanlıqları barədə ətraflı məlumat verib və onun mahir hərbi sərkərdə istedadı nümayiş etdirərək Vileyka şəhərini alman faşistlərindən necə döyüşsüz azad etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Həzi Aslanovun görkəmli xadim olmasını öz sözü ilə deyil 1942-ci il yanvar ayının 13-də “Krasnaya Zvezda” və 1943-cü ildə yenə həmin tarixdə Stalinqrad Cəbhəsi “Sın Oteçestvo” qəzetlərində çıxmış məqalələrdən hissələr oxuyaraq tədbir iştirakçılarının diqqətinə çatdırıb.

“Krasnaya Zvezda” qəzeti 1942-ci yanvar ayının 13-də Həzi Aslanov barədə belə yazırdı: “Hərb tarixi Həzi Aslanov və onun döyüş dostları kimi qəhrəmancasına vuruşan əsgərləri görməyib. Düşmənin tankları və piyada qoşunları nə qədər də güclü olsalar, onlar heç vaxt qüdrətli komandir Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun rəhbərlik etdiyi hərbi hissələrlə müqayisə oluna bilməzlər”.

Stalinqrad Cəbhəsi “Sın Oteçestvo” qəzeti 1943-cü il yanvar ayının 13-də Həzi Aslanovun qəhrəmanlığını aşağıdakı sözlərlə ifadə edirdi. “Tank əməliyyatlarını piyada qoşunu və artilleriya ilə necə əlaqələndirmək lazım olduğunu Polkovnik Həzi Aslanovun qvardiyasının hissələrindən öyrənmək lazımdır. Qoy Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun döyüş bacarığı bizim digər hissələr üçündə nümunə olsun”.

Tədbirdə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi sədrinin birinci müavini Viktor Quminski bildirib ki, keçmiş SSRİ-nin çoxsaylı xalqlarının milyonlarla oğul və qızları bütün ağır sınaqlardan keçərək faşizm üzərində Böyük Qələbənin qazanılmasına həlledici töhfə veriblər.

V.Quminski çıxışının sonunda tədbirin keçirilməsinə görə Səfirliyə təşəkkürünü bildirib, veteranları və tədbir iştirakçılarını qələbənin 75 illiyi münasibəti ilə təbrik edib.

Tədbirdə, həmçinin Vileyka rayon veteranlar təşkilatının rəhbəri Anna Şepelova, Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin tələbələri, Böyük Vətən müharibəsi veteranları, Azərbaycan diasporunun nümayəndələri və Belarusda təhsil alan hərbiçilərimiz iştirak ediblər.

Tədbir zamanı Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin Belarusda təhsil alan kursantları və pionerlər görkəmli hərbi xadim Həzi Aslanovun abidəsi önündə fəxri qarovulda dayanıblar. Sonra Vileyka şəhərində yerləşən “Mir” kinoteatrında Həzi Aslanova həsr olunmuş bədii və sənədli filmlər nümayiş etdirilib. Tədbir iştirakçıları filmləri böyük maraqla izləyib və alqışlarla qarşılayıblar.

İştirakçılar Belarusun azad olunmasında iştirak etmiş Sovet İttifaqı Qəhrəmanı olan 14 azərbaycanlının şəkillərindən ibarət stendlə tanış olublar.

Sonda səfirlik tərəfindən ziyafət təşkil olunub. Ziyafətdə Vileyka rayon Veteran Təşkilatının nümayəndələri, Səfirliyin əməkdaşları və Azərbaycan diasporu iştirak edib.

Tədbir Belarusun “belta.by” saytı və MDB İcraiyyə Komitəsinin internet səhifələrində geniş işıqlandırılıb.

Yaxın günlərdə səfirlik tərəfindən Minsk şəhərində Belarusun Böyük Vətən Müharibəsi Tarixi Muzeyində Həzi Aslanovun anadan olmasının 110 illiyinə həsr olunmuş daha bir təbdir keçiriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər: Belarus   Həzi-Aslanov  

Belarusda Həzi Aslanovun 110 illiyi münasibətilə silsilə tədbirlər keçirilir - FOTOLAR

2020/02/15808-1580884439.jpg
Oxunub: 1200     11:02     05 Fevral 2020    