Lokal konfliktlərdə HHM vasitələrinin öz döyüş imkanlarını tam realizə edə bilməməsinin əsas səbəbləri - HƏRBİ EKSPERT

2020/01/456-1578730483.jpg
Oxunub: 3922     11:55     11 Yanvar 2020    
Oxuculara çatdırmaq istərdik ki, Hava Hücumundan Müdafiə sistemlərinin döyüş tətbiqini təhlil etmədən öncə bəzi təsnifat suallarına diqqət yetirməyə ehtiyac var.

Tipindən və təyinatından asılı olmayaraq bütün ZRS-lər üçün Hava Hücumundan Müdafiə qoşunlarının döyüş taktikasında və döyüş işi nizamnaməsində aşağıda sadalanan təsnifatlar əsas götürülür.

Hərbi Hava Qüvvələrində hündürlüklərin təsnifatı:

1. Ən aşağı hündürlük - 0 metrdən 200 metrə qədər
2. Aşağı hündürlük - 200 metrdən 1000 metrə qədər
3. Orta hündürlük - 1000 metrdən 4000 metrə qədər
4. Böyük hündürlük - 4000 metrdən 12000 metrə qədər
5. Stratosfer hündürlüyü 12000 metrdən yuxarı.

Hava hədəflərin məhv etmə zonasının hüdudlarına görə ZRS-lər bölünür:

1. Yaxın məsafəli ZRS (təsir dairəsi 10 kilometrə qədər)
2. Qısa məsafəli ZRS (təsir dairəsi 50 kilometrə qədər)
3. Orta məsafəli ZRS (təsir dairəsi 100 kilometrə qədər)
4. Uzaq məsafəli ZRS (təsir dairəsi 100 kilometrdən yuxarı)

Manevr etmə imkanlarına görə ZRS-lər bölünürlər:

1. Daşınan ZRS-lər
2. Qoşqu ilə dartılan ZRS-lər
3. Özü hərəkət edən ZRS-lər
4. Stasionar ZRS-lər

Hədəf kanallarının (müşahidəyə götürülən və eyni vaxtda məhv edilə biləcək hədəflər) sayına görə:

- bir kanallı
- iki kanallı
- üç kanallı
- dörd kanallı
- çox kanallı.

Raket kanallarının (eyni vaxtda müşahidəyə götrülən bir hədəfə yönəldilə biləcək raketlər) sayına görə:

- bir kanallı
- iki kanallı
- üç kanallı

Hədəflərin müşahidə və raketlərin hədəfə yönəltmə prinsiplərinə görə ZRS-lər bölünür:

- Aktiv yönəltmə
- Passiv yönəltmə
- Polu aktiv yönəltmə.

Bütün Zenit Raket Sistemlərinin tipindən və modifikasiyasından asılı olmayaraq əsas bir parametri var. Bu parametr ZRS-in “məhv etmə zonası”dır. Bu parametr hava hədəflərinin məhv edilməsində həlledici rola malikdir.

ZRS-lərin “məhv etmə zonası”nın əsas göstəriciləri aşağıdakılardır:

- Yaxın məhv etmə zonası
- Uzaq məhv etmə zonası
- Məhv etmə zonasının aşağı həddi
- Məhv etmə zonasının yuxarı həddi
- Məhv etmə zonasının dərinliyi.

Qeyd: Növbəti yazıda İran-ABŞ gərginliyi fonunda HHM vasitələrinin roluna (ABŞ bazalarının raketlərlə hədəfə alınması fonunda HHM vasitələrinin tətbiq edilməməsi-red.) toxunulacaq. Düşünürük ki, HHM vasitələrinin öz döyüş imkanlarını tam realizə edə bilməməsinin əsas səbəblərini təhlil etmədən Yaxın Şərqdə son baş verənləri düzgün şəkildə anlaya bilmərik.

Hərbi ekspert Ramiz Şərifov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: HHM   ZRS  

Lokal konfliktlərdə HHM vasitələrinin öz döyüş imkanlarını tam realizə edə bilməməsinin əsas səbəbləri - HƏRBİ EKSPERT

2020/01/456-1578730483.jpg
Oxunub: 3923     11:55     11 Yanvar 2020    