Döyüş hazırlığı məşğələlərinin növləri - HƏRBİ EKSPERT (ANALİZ) - III YAZI

2019/11/1-156-1574492870.jpg
Oxunub: 1411     15:33     27 Noyabr 2019    
(III yazı. II yazını BURADAN oxuya bilərsiniz)

Silahlı Qüvvələrin əməliyyat və döyüş hazırlıqları üzrə, eləcə də hərbi tədris müəssisələrində keçirilən məşğələlərin növləri kimi aşağıdakılar təyin olunub:

- mühazirə;
- seminar;
- laboratoriya işi;
- qrup çalışması;
- qrup məşğələsi;
- məşq;
- taktiki-sıra məşğələsi;
- taktiki (taktiki-xüsusi) məşğələ;
- taktiki (taktiki-xüsusi) təlim;
- komanda-qərargah təlimi;
- hərbi (hərbi-xüsusi) oyun;
- konfrans;
- yoxlama işi (məşğələləri);
- müstəqil hazirliq;
- təlimat;
- qoşun (dəniz) təcrübəsi;
- praktika;
- kurs işi və ixtisas üzrə buraxılış işi.

Amma bununla yanaşı, xüsusi təyinatlı təhsil müəssisəsinin elmi şurasının qərarına görə tədris prosesində digər məşğələ növləri də tətbiq edilə bilər.

Mühazirə – nəzəri hazırlığın əsasıdır və məşğələdə məşğələ rəhbəri tərəfindən biliklər ardıcıl və sistemləşdirilmiş şəkildə öyrənənlərə çatdırılır. Mühazirədə əsasən tədris materialının şifahi izah edilməsi metodundan istifadə olunur. Amma bununla yanaşı filmlərin, sxemlərin, cihazların, modellərin, maketlərin, sənədlərin və s. nümayiş etdirilməsi də tətbiq edilir.

Seminarlar – tədris fənnini dərindən öyrənmək, mühazirələrdə və müstəqil hazırlıq zamanı əldə edilmiş nəzəri bilikləri dərinləşdirmək və möhkəmləndirmək, öyrənənlərə müstəqil axtarış və analiz vərdişlərini aşılamaq, elmi düşüncə formalaşdırmaq, müzakitələrdə aktiv iştirak etmək bacarığını, düzgün qərarlar çıxarmaq, öz mövqeyini əsaslandırmaq və müdafiə etmək qabiliyyətini inkişaf etdirmək məqsədi ilə keçirilir. O, hərbi tədris müəssisələrində keçirilən məşğələlərin əsas növlərindən biridir və ümumi nəzəri hazırlıq sistemində vacib yer tutur.

Praktiki məşğələ − öyrənənlərdə praktiki bacarıq yaratmaq, döyüş hazırlığı və gündəlik fəaliyyət məsələlərinin həlli üzrə vərdişləri inkişaf etdirmək (iş xəritələrinin işlənməsi, döyüş sənədlərinin tərtib edilməsi, hesablar aparmaq; nizamnamələr və təlimatlarla nəzərdə tutulmuş çalışmaları, fəndləri, normativləri məşq etmək; silah və hərbi texnikanın tətbiqi, istismarı, təmiri qaydalarını mənimsəmək və s.) məqsədilə keçirilir.

Laboratoriya məşğələsi − xüsusi avadanlıqlarla təchiz edilmiş laboratoriyalarda, silahlarin material hissələri üzərində və döyüş texnikasında keçirilir. Məşğələ rəhbərinin nəzarəti və rəhbərliyi altında öyrənənlər müstəqil işləyir.

Qrup çalışması − əməliyyat, taktiki və xüsusi fənlər üzrə, taktiki fəaliyyətləri planlaşdırmada, döyüş fəaliyyətlərinin təşkilində, qoşunların idarə edilməsi və təminatında öyrənənlər tərəfindən praktiki təcrübə qazanmaq məqsədi ilə keçirilir. Qrup çalışmasında öyrənənlərin hamısı bir qayda olaraq eyni vəzifədə, müəyyən rolda funksional vəzifələri yerinə yetirirlər.

Qrup məşğələsi – silah və hərbi texnikanı, digər xüsusi qurğu və avadanlıqları öyrənmək, onların tətbiqi, istismarı, təmirinin təşkili qaydalarını mənimsəmək məqsədi ilə təşkil edilir. Qrup məşğələsi xüsusi siniflərdə, trenajorlardan, tədris bazasından istifadə etməklə həyata keçirilir.

Taktiki-sıra məşğələsi – taktiki məşğələ növlərindən biridir. Öyrənənlərə bölmə tərkibində fəaliyyət göstərməsinin öyrədilməsi, komandirlərə döyüşün təşkili və idarə edilməsində praktiki vərdişlərin aşılanması məqsədi ilə keçirilir. Taktiki-sıra məşğələsi, təlim keçmək məqsədi ilə formalaşdırılmış bölmələrin taktiki təlimlərdən əvvəl uzlaşdırılması məqsədi ilə də keçirilə bilər. Bu məşğələlərdə öyrənənlər döyüş heyəti, bölmə tərkibində və ya bölmə komandiri rolunda fəaliyyət göstərirlər. Belə məşğələlərdə tədris sualları başlanğıcda elementlərlə, sonra tam olaraq, öyrənənlər hərəkəti düzgün, uzlaşdırılmış və normativlərə uyğun vaxtda etməyi öyrənənədək davam edir. Məşğələlər adətən mühəndis cəhətdən qurulmuş sahələrdə keçirilir.

Taktiki (taktiki-xüsusi) məşğələ − öyrənənlərin heyət, manqa, taqım, bölük, tabor və onlara bərabər bölmələr tərkibində döyüş fəaliyyətlərinin təşkili, aparılması və təminatı, döyüşdə idarəetməni yoxlamaq məqsədi ilə keçirilir. Bu məşğələ, öyrənənlərin çöl şəraitində praktiki öyrədilməsinin və yoxlanmasının əsas növüdür. Məşğələ nəzəri, taktiki-sıra məşğələləri və qrup çalışmalarının ardınca, bir qayda olaraq ərazidə keçirilir.

Taktiki (taktiki-xüsusi) təlimlər − taktiki hazırlığın ən yüksək formasıdır. Şəxsi heyətin taktiki, taktiki-xüsusi və digər fənlərdən aldıqları bilikərin, bacarıqların, vərdişlərin döyüş şəraitinə maksimal yaxın şəraitdə möhkəmlənməsi, həmçinin hissə (bölmə) komandirlərinin bölmənin döyüşdə idarə edilməsində praktiki təcrübə qazanması məqsədi ilə keçirilir. Taktiki təlimlər təlim mərkəzlərində, ərazidə, döyüş texnikası və ehtiyac olan sayda silahlanma vasitələri cəlb edilməklə keçirilir. Onlar ikitərəfli, eləcə də düşmənin yamsılanması ilə birtərəfli olur. Təlimlər döyüş atışı ilə və ya döyüş atışsız keçirilir. Taktiki (taktiki-xüsusi) təlimlərin keçirilməsi üçün niyyət və plan tərtib edilir. Təlim bitdikdən sonra təlimin təhlili aparılır.

Komanda-qərargah təlimləri və hərbi (hərbi-xüsusi) oyunlar –kompleks hazırlıq növüdür. Əməliyyat, əməliyyat-taktiki (taktiki-xüsusi), hərbi-xüsusi fənlərinin ən vacib mövzuları üzrə öyrənənlər tərəfindən döyüşün (əməliyyatın, döyüş fəaliyyətlərinin) planlaşdırmasında, təşkilində və gedişində öyrənənlərin konkret vəzifələrin icra edilməsində praktiki vərdişlərinin formalaşması məqsədi ilə keçirilir.

Yoxlama işi (məşğələsi) – öyrənənlər tərəfindən məsələlərin həlli, nəzarət suallarının yazılı cavablandırılması və ya tapşırıqların, çalışmaların, fəndlərin, normativlərin yerinə yetirilməsi ilə həyata keçirilir.

Müstəqil hazırlıq – öyrənənlər tərəfindən müstəqil yerinə yetirilir. Onun məqsədi qazanılmış bilik və vərdişlərin möhkəmlənməsi və dərinləşməsi, yeni biliklərin axtarışı və əldə edilməsi, müstəqil tədris tapşırıqlarının yerinə yetirilməsi, qarşıdakı məşğələlərə, məqbullara, imtahanlara hazırlaşmaqdır.

Qoşun təcrübəsi − öyrənənlərin təyinatı üzrə qoşunlarda komanda, qərargah və ixtisas üzrə vəzəfələrin icrasında təcrübə qazanmaq məqsədi ilə müəyyən zaman çərçivəsində təşkil edilir.

Praktika – öyrənənlərin praktiki formada təşkil edilmiş öyrədilməsidir. Onu ayrı-ayrı fənlər və ya fənlər qrupu üzrə öyrənənlərin vəzifə təyinatları nəzərə alınmaqla, qazanılmış biliklərin möhkəmlənməsi, praktiki vərdişlərin əldə edilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə keçirirlər.

Kurs işinin (tapşırığının) icrası − öyrənənlərə sərbəst olaraq qazandıqları bilikləri konkret praktiki məsələnin həllində tətbiq etmək, müstəqil işləmək bacarığı aşılamaq, onlarda hesab və hesabatları, elmi tətqiqatlar aparmaq və qəbul edilmiş qərarları əsaslandırmaq vərdişləri yaratmaq və artırmaq məqsədi daşıyır.

Məşq – silahları və döyüş texnikasını öyrənmək və mənimsəmək, texnika və silahlara xidmətin və təmir işlərinin aparılmasını (reqlament işləri, nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması) öyrənmək, onların döyüş tətbiqində, həmçinin döyüş sənədlərinin tərtib edilməsində vərdişləri, xarici dil bilmə və fiziki hazırlıq səviyyəsini yüksəltmək məqsədi ilə keçirilir. Məşqlər, əsasən öyrənilən obyekt, trenajor, idman qurquları, xüsusi siniflərdə təşkil edilir, öyrənənlər tərəfindən müəyyən fəaliyyətlər praktiki icra olunur.

Məqbul – öyrənənlərin qazandığı bilik və bacarıqların möhkəmlənməsinə və sistemləşməsinə xidmər edir, konkret hərbi ixtisasa yiyələnməninin səviyyəsinə nəzarət etmək, şəxsi heyətin hazırlığında nöqsanları aşkar etmək və aradan qaldırmaq, öyrətmə prosesini idarə etmək məqsədi daşıyır. Məqbullar öyrənəndə özünü təsdiq etmək, şəxsiyyətini formalaşdırmaq, özünün intellektual və fiziki qabiliyyətlərini səfərbər etmək, öz hərəkətlərini idarə etmək xüsusiyyətlərinin nümayişi üçün imkan yaratmalıdır.

Nəticə:

1. Hərbi akademiyada “magistr işi” icra olunur və buraxılışdan əvvəl müdafiə edilir. Magistr işinin dinləyicilər tərəfindən icrası akademiyadakı tədrisin müddəti və məqsədləri ilə tam uyğun gəlmir. Ona görə magistr təhsilinin akademiya təhsilindən ayrı təşkil olunması və ya bunun üçün yetərincə əlavə vaxt ayrılması məqsədəuyğundur.

2. Taktiki (taktiki-xüsusi) təlimlərin davamiyyəti seçilmiş mövzuya, təlimin mərhələlərinə, tədris sualarına və bölmələrin hazırlıq səviyyəsinə görə təyin edilməlidir.

3. Döyüş hazırlığı sisteminə məşğələ növü kimi “Simulyasiya məşğələləri” əlavə etmək lazımdır. Bunun üçün bütün növ silah və texnikadan atış, maşın sürmə, uçuş, qoşunları idarəetmə, düyüş atışları və atışlı taktiki (taktiki-xüsusi) təlimlər və s. kimi məşğələlərin simulyasiyaları alınmalı və ya istehsal olunmalıdır. Bu simulyasiyalar bütün hərbi hissələrdə quraşdırılarsa döyüş hazırlığının keyfiyyətinə, motoehtiyat və sursata, bununla da qısa müddətdə hərbi büdcəyə qənaətə nail olunar.

4. Komandir hazırlığı sistemində, istisna hallardan başqa, sinif məşğələlərini ləğv etmək lazımdır. Tədris ilinin əvvəlində hazırlıq səviyyəsi, ixtisas, vəzifə, qarşıda duran döyüş tapşırıqları, ərazi və hava şəraiti nəzərə alınmaqla, hər bir öyrənənə mövzular siyahısı verilməli, ilin sonunda həmin mövzular üzrə imtahanlar keçirilməlidir. Komandir hazırlığı sisteminə “Şəxsi heyətsiz taktiki (taktiki-xüsusi) təlimlər” əlavə olunması məqsədəuyğundur.

5. Bütün kateqoriya öyrənənlərə “Həyatda qalma” öyrədilməlidir. Bu, ayrı fənn də ola bilər, hər fənnə mövzular da əlavə etmək olar.

6. Tədris və tərbiyə eyni şəxs tərəfindən həyata keçirilməlidir. “Komandir öyrətsin, tərbiyəvi iş üzrə müavin isə tərbiyə etsin” prinsipi həm öyrətməni, həm də tərbiyəni yarıtmaz hala salır. Odur ki, qoşunlarda tərbiyəvi iş orqanlarının varlığı bir daha nəzərdən keçirilməlidir. Bu orqanlar çox vaxt tərbiyəvi iş əvəzinə təhqiqat, tədbirlərin təşkilatçıları, MTT-yə nəzarət və s. funksiyaları daşıyır.

7. Komandirlər, qərargahlar və mütəxəssislər əsas etibarilə hərbi tədris müəsisələrində, təlim mərkəzlərində, təkmilləşdirmə kurslarında və toplanışlarda öyrədilməlidir. Komandir hazırlığı adı altında, döyüş hazırlığının gedişində, onların şəxsi heyətdən ayrılması yolverilməzdir. Çünki bölməni döyüşdə kim idarə edəcəksə, o, həm təlimə, həm də tərbiyəyə rəhbərlik etməlidir.

8. Mühazirələrin daha effektli olması üçün öyrənənlərə əvvəldən mövzu, tədris sualları, ədəbiyyat və mövzu üzrə araşdırma aparmaq üçün şərait və sərbəst vaxt verilməlidir. Bundan istifadə edərək, məşğələ rəhbəri, öyrənənlərin məşğələdə aktiv iştirakını təmin etməlidir.

9. Əməliyyat və döyüşlərdə, bir qayda olaraq, döyüş bölmə, hissə və birləşmələri qüvvə və vasitələrlə gücləndirilir. Döyüş və təminat bölmələrinin ştatı elə qurulmalıdır ki, onları böyüş bölmələrinə paylamaq mümkün olsun. Məsələn, əgər briqadada beş tabor varsa, tank əleyhinə batareyada beş taqım olmalıdır. Gücləndirmə üçün nəzərdə tutulmuş qüvvə və vasitələr taktiki məşğələlərdə və təlimlərdə döyüş bölmə, hissə və birləşmələrinin tabeliyinə verilərək, bölmələrin uzlaşması təmin edilməlidir. Əks təqdirdə döyüşdə onlar arasında qarşılıqlı əlaqə və idarəetmənin təşkili sual altında qalacaq.

Mənbələr:

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Döyüş hazırlığının metodikasi təlimnaməsi”
http://asesim.com/
https://studopedia.org/1-97074.html
http://milita.jofo.me/685019.html
http://www.compancommand.com/index/boevaja_podgotovka/0-24
http://www.compancommand.com/index/vidy_boevoj_podgotovki/0-702
https://studopedia.su/19_143450_vidi-i-formi-boevoy-podgotovki.html
https://studopedia.ru/12_142640_sistema-boevoy-podgotovki-formi-i-metodi-obucheniya.html
https://studbooks.net/1202757/bzhd/formy_metody_poryadok_organizatsii_moralno_psihologicheskogo_obespecheniya_boevoy_podgotovki
http://militaryarticle.ru/vestnik-akademii-voennykh-nauk/2005-vavn/10551-osnovnye-formy-i-soderzhanie-metodiki-boevoj
https://www.quora.com/What-are-the-different-types-of-training-in-the-military
https://en.wikipedia.org/wiki/Military_education_and_training
https://www.rand.org/topics/military-education-and-training.html

Hərbi ekspert Səməndər Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Döyüş-hazırlığı   Məşğələlər  

Döyüş hazırlığı məşğələlərinin növləri - HƏRBİ EKSPERT (ANALİZ) - III YAZI

2019/11/1-156-1574492870.jpg
Oxunub: 1412     15:33     27 Noyabr 2019    