NATO Elm və Texnologiya Təşkilatı tərəfindən Polşa silahlı qüvvələrinin rəhbərliyi altında 2019-cu ilin sentyabr ayında radar aşkarlanmasının effektivliyinin ölçülməsi üçün kampaniya təşkil edib.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, təşkilatın nümayəndəsi Françesko Santoro bildirib ki, bu fəaliyyətin əsas məqsədi müxtəlif hədəflər üçün aktiv və passiv radarların qabiliyyətinin yoxlanılması idi.
O, NATO-nun yeddi ölkəsindən, həmçinin Avstraliya, İsveç və İsveçrədən 70-dən çox iştirakçının olduğunu və müxtəlif yer, dəniz və hava platformalarından istifadə edərək aktiv və passiv radarlardan xeyli miqdarda məlumat toplandığını bildirib.
Sevinc Əliyeva
Ordu.az