Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, sınaqlar Texasdakı Mayl yüksəkliklərində baş tutub.
Bildirilib ki, silahın daha dəqiq vurma qabiliyyətinin artırılması üzərində işlənilir.
Qeyd edək ki, “Carl-Gustaf” M4çoxfunksiyalı silah sistemi ABŞ ordusu və 40-dan çox ölkənin quru qüvvələri tərəfindən istifadə olunur. Ən son versiyası 950 mm uzunluğu və 6.6 kiloqram çəkisi olan “Carl-Gustaf” M4 əvvəlki modellərə nisbətən daha qısa və yüngüldür.
Sevinc Əliyeva
Ordu.az