"Raytheon" sözünə uyğun 264 nəticə tapıldı!

Qlobal hərbi radioelektron mübarizə vasitələri bazarı: 2025

2018/12/34534-1543841202.jpg
Oxunub: 1506     13:44     05 Yanvar 2019    
Hərbi radioelektron mübarizə vasitələri bazarında texnologiyanın davamlı irəliləyişləri səbəbindən daha səmərəli radioelektron mübarizə vasitələrinə tələbat yüksəkdir.

Ordu.az “Industrytoday”ə istinadən xəbər verir ki, “Qlobal hərbi radioelektron mübarizə vasitələri bazarı 2025-ə proqnoz” adlı bazar araşdırması gələcək 7 ildə bu sahəyə tələbatın artmasını və bazarın böyüyəcəyini proqnozlaşdırır.

Bazardakı aparıcı şirkətlər rəqabətdə qalmaq və daha çox müştəri cəlb edilməsi məqsədilə radioelektron mübarizə vasitələri kimi texnologiyaların tətbiqi ilə yeni məhsulların inkişafına yönəlib. Artan terrorçu fəaliyyət və qadağan olunmuş ərazidə PUA-ların istifadəsi, radioelektron mübarizə vasitələri bazarının yüksəlişinə səbəb olan əsas amillərdir.

Hərbi radioelektron mübarizə vasitələri müxtəlif analoq və ya rəqəmsal siqnallara maneə törətmək üçün istifadə edilən cihazlar və ya sistemlərdir.

Bazarın əsas iştirakçıları “Lockheed Martin”, “Business Description”, “L3 Technologies”, “BAE Systems”, “Northrop Grumman”, “Raytheon”, “Saab AB”, “Israel aerospace industries ltd”, “Mercury systems”, “Thales Group” və “Ultra Electronics”dir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Radioelektronmübarizəvasitələribazarı