“Snayper həddi” müsabiqəsinin açılış mərasimi keçirilib - VİDEO+ FOTOLAR
Oxunub: 11603
15:51
03 Avqust 2019
“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində Belarusda keçirilən “Snayper həddi” müsabiqəsinin açılış mərasimi olub.
Ordu.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təntənəli mərasimdə yarışlara qatılan komandaların üzvləri, nümayəndə heyətləri və rəsmi şəxslər iştirak edib.
Sonda Belarus mədəniyyət işçilərinin iştirakı ilə maraqlı konsert proqramı təqdim edilib.