Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistanda ilk kəşfiyyat diversiya dəstəsinin təsisçi komandiri Vova Vardanov deyib.
Onun sözlərinə görə, keçmiş hakimiyyət dövründə qəbul edilən qanunlar, indiki hakimiyyət dövründə fəaliyyət göstərir.
“Bu, qanunların müəlifinin indiki hakimiyyət olduğu demək deyil, lakin hazırkı hərbi siyasi və siyasi elita bu nəticələrin əldə edilməsinə xidmət edir. Doğrudur korrupsiyaya qarşı mübarizə ciddi səs-küy qaldırmır, istənilən halda ciddi hadisələr görünmür”, -deyə Vardanov bildirib.
O qeyd edib ki, orduda korrupsiyaya qarşı cəzaları sərtləşdirmək lazımdır.
“Ehtimal edək ki, yanacaq oğurlayırlar, bu o deməkdir ki, ordudakı bu sahədə oğurluq vasitəsilə xəyanətkarlıq dərəcəsində zərər vurulur. Bu səbəbdən orduda baş verən və qəsdən törədilən cinayətlərin cəzası çox ağır, sərt olmalıdır”, - deyə Vardanov vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az