"Bu gün o qəhrəman oğullarımızın ruhu bizi rahat buraxmır"

2019/08/fc6c8-1564815727.jpg
Oxunub: 758     14:41     03 Avqust 2019    
Hər bir dövlətin əsas sütunlarından biri onun təhlükəsizliyinin, ərazi bütövlüyünün, suverenliyinin və müstəqilliyinin təminatçısı olan ordusudur. Bu gün iftixar hissi keçiririk ki, müstəqil Azərbaycan dövlətinin ona layiq, onun müstəqilliyini qorumağa və möhkəmləndirməyə qadir olan güclü ordusu var. Aprel döyüşləri və Günnüt zəfəri də sübut etdi ki, Azərbaycan Ordusunda kifayət qədər vətənpərvər, Vətəninə, müstəqil dövlətinə sədaqətli əsgərlərimiz, gizirlərimiz və zabitlərimiz var.

Belə zabitlərdən biri kapitan Fuad Hüseynovla səngərdə tanış oluruq. Zabit bildirdi ki, hər bir ölkənin qüdrətini göstərən əsas cəhətlərdən biri onun ordusu, əsgərinin vətənpərvərlik ruhudur. "Əgər bu ruh yoxdursa, qüdrətdən, Vətənin etibarlı müdafiəsindən danışmağa dəyməz. Qəlbində vətənpərvərlik ruhu hakim olan əsgərin, döyüşçünün qarşısında isə ən müasir silahlara sarılmış düşmən belə tab gətirə bilməz".

Zabit F.Hüseynov onu da qeyd etdi ki, onun üçün zabit adının məsuliyyəti daha böyükdür. Zabit olmaq üçün təkcə hərbi təhsil və fiziki hazırlıq kifayət etmir. Bu peşəni seçən hər bir gənc, ilk növbədə Vətənini, xalqını, dövlətini sevməlidir. Tarixinə, milli dəyərlərinə, dilinə, adət-ənənələrinə sahib çıxmalı, dünyagörüşünü artırmalı, dövləti və xalqı qarşısındakı xidməti borcunu şərəflə yerinə yetirməlidir. Ulu öndər Heydər Əliyevin bu barədə gözəl sözləri var:

"Hər bir vətəndaş vətənpərvər olmalıdır. Əgər öz Vətənini, torpağını, xalqını sevməsən, öz xalqının mənəvi dəyərlərinə sadiq olmasan, şübhəsiz ki, başqa şeyləri də qiymətləndirə bilməzsən. İndi bizim əsas vəzifəmiz gənclərdə vətənpərvərlik ruhunu, milli ruhu, döyüş ruhunu artırmaqdır. Vətəni, torpağı müdafiə etmək hər bir gənc üçün müqəddəs vəzifə olmalıdır".

"Bir zabit kimi seçdiyim peşədən hər zaman qürur duymuşam", - deyə zabit sözünə davam etdi. - Bizlər Vətənin qoruyucularıyıq və müqəddəs vəzifəni yerinə yetiririk. Xalqımız rahat-firavan yaşasın deyə, düşmənə sipər oluruq. Xalqın güvəncindən, Vətən sevgisindən ilham alırıq. Bax, bu hiss ən şərəfli və qürurlu hissdir. Ümummilli Liderimizin də dediyi kimi, müstəqil Azərbaycanda hər peşə şərəflidir, ancaq Vətəni qorumaq peşəsi ən şərəfli peşədir. Çünki bu yol mərdlik, cəsurluq, vətənpərvərlik yoludur. Bu yol qəhrəmanlıq yoludur. Sevinirəm ki, mən də bu yolun yolçusuyam. Raqufların, Şirinlərin, Mübarizlərin... yolunun davamçısıyam. Bu gün o qəhrəman oğullarımızın ruhu bizi rahat buraxmır. Torpaqlarımızın işğal altında olduğu bir zamanda xalqımızın oğul və qızlarının qəhrəmanlığı, onların rəşadəti bizi Böyük Qələbəyə - torpaqlarımızı işğaldan azad etməyə səsləyir. Ali Baş Komandanımızın əmrinə əsasən, Azərbaycan əsgəri ilə birgə torpaqlarımızı azad və şəhidlərimizin ruhunu şad etməyə hazırıq. (AO)

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ordu   Cəbhə  

"Bu gün o qəhrəman oğullarımızın ruhu bizi rahat buraxmır"

2019/08/fc6c8-1564815727.jpg
Oxunub: 759     14:41     03 Avqust 2019    