DSX-nin yaralanan əsgəri əməliyyat olunub - FOTO

2019/08/photo-1564743858.jpg
Oxunub: 21730     15:00     02 Avqust 2019    
2019-cu ilin 31 iyul tarixində Azərbaycan-Ermənistan dövlət sər­hə­din­də təmas xəttində yerləşən sər­həd döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təxribatının qarşısının alınması zamanı yaralanmış hərbi qul­luqçu üzərində avqust ayının 1-də aparıl­mış cərrahiyyə əmə­liy­yatı uğurla başa çatıb. Hal-hazırda vəziyyəti qənaətbəxşdir.

DSX-dən Ordu.az-a verilən məlumata görə, Dövlət Sərhəd Xidməti rəisinin müavini – Sərhəd Qoşunla­rının Ko­mandanı general-leytenant Əsgər Xəlilov hərbi qul­luqçuya baş çək­ib , cər­rahiyyə əməliyyatından sonrakı vəziyyəti ilə ya­xından tanış olub.

General-leytenant Ə.Xəlilov hərbi hospitalda hərbi qulluqçunun vali­deyn­­ləri ilə görüşmüş, övladlarını dövlətə sədaqət, vətən­pərvərlik və düş­mə­nə nifrət ruhunda tərbiyə etdiklərinə görə Dövlət Sərhəd Xidmətinin rəh­bərliyi adından təşəkkürünü bildirmiş, oğullarının tezliklə sağalması üçün bütün lazımi tədbirlərin görülə­cəyinə onları əmin edib.


Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DSX   Yaralı  


Bizi "telegram"da izləyin