Leyla Abdullayeva: “Mnatsakanyan “stabilliyin” mənasını yanlış anlayır"

2019/05/40623-1557294725.jpg
Oxunub: 28040     16:32     01 Avqust 2019    
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Alman Marşal Fondunun baş mütəxəssisi Conatan Katza müsahibəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.

Ordu.az xəbər verir ki, L. Abdullayeva özünün “Twitter” səhifəsində bildirib ki, Ermənistan xarici işlər naziri “stabilliyin” mənasını yanlış anlayır.

“Başqa bir ölkənin torpaqlarını hərbi işğal altında saxlayan və qanlı etnik təmizləmə həyata keçirən istilaçı ölkə necə “stabillik adası” ola bilər?! İlk növbədə beynəlxalq hüquqa hörmət edilməlidir”, - XİN rəsmisi qeyd edib.

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Alman Marşal Fondunun baş mütəxəssisi Conatan Katza müsahibəsində Ermənistanı “stabillik adası” adlandırıb və ölkəsinin regionda stabilliyə töhfə verdiyini deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: XİN  


Bizi "telegram"da izləyin