“Dəniz kuboku-2019” müsabiqəsinin hakimlərinin müşavirəsi keçirilib - VİDEO

2019/08/9c23f-1564659219.jpg
Oxunub: 7093     15:32     01 Avqust 2019    
Avqustun 1-də Bakıda “Dəniz kuboku-2019” beynəlxalq müsabiqəsinin hakimlər komissiyasının təşkilati müşavirəsi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, tədbirdə komissiyanın katibliyi və səhra hakimləri təqdim olunub, fəaliyyətlərə nəzarət edəcək nümayəndələr təyin edilib və texniki komissiyanın tərkibi seçilib.

Sonra səhra hakimlərinin fəaliyyətinə nəzarət edəcək nümayəndələrin və texniki komissiya üzvlərinin baş hakim tərəfindən təlimatlandırılması icra olunub.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin