Ordu.az xəbər verir ki, bu barədə Azvision.az -a MiQ-29 təyyarəsi ilə qəzaya uğrayaraq Xəzər dənizinə düşən pilot Rəşad Atakişiyevin qaynatası, tanınmış politoloq Qabil Hüseynli deyib.
Politoloq bildirib ki, Azərbaycan tərəfi də axtarışda yeni cihazlar tətbiq edir: “Axtarışlar aparılan hissədə dənizin dərinliyi 27 metrdir. Sahildən 17 kilometr uzaqlıqdadır. Dənizin dibini görən qurğuları olan gəmilərlə və helikopterlərlə də axtarışlar davam edir. İşlər yüksək sürətlə davam etdirilir”.
Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb.
Ordu.az