Ermənistanda çağırışçılar orduya getməmək üçün “simulyant”lıq edirlər

2019/08/456_1-1564656520.jpg
Oxunub: 30175     15:46     01 Avqust 2019    
Ermənistan İstintaq Komitəsi xəstəlik simulyasiyası yolu ilə müddətli hərbi xidmətdən boyun qaçıran T. Manukyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 327-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndi ilə cinayət işi açıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, aldatma yolu ilə müddətli hərbi xidmətdən boyun qaçıran digər bir şəxs S. Qukasyana qarşı da Ermənistan Cinayət Məcəlləsinin 327-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndi cinayət işi açılıb.

Cinayət işi üzərə ilkin istintaq davam etdirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Çağırış  


Bizi "telegram"da izləyin