Müdafiə Nazirliyinin mətbuat xidmətindən
Ordu.az-a verilən məlumata görə, tank heyətləri və texniki dəstək qrupu döyüş maşınlarının mühərrikləri, idarəetmə sistemləri və rabitə vasitələrinin texniki vəziyyətini yoxlayıblar. Komandalar tankın ştat silahından yoxlama atışları da icra ediblər.
Püşkatmanın nəticələrinə əsasən 23 komandanın iştirakı ilə keçiriləcək “Tank biatlonu” müsabiqəsində Azərbaycan tankçıları avqustun 3-də yarışlara başlayacaqlar.
Final estafeti avqustun 17-də keçiriləcək.
Ordu.az