Erməni hərbi ekspert: Tonoyanın hərbi “sürprizlər”i puça çıxa bilər

2019/08/00-12-1564649951.jpg
Oxunub: 12274     16:20     01 Avqust 2019    
“Əgər Tonoyan Su-30 qırıcıları və TOR-M2 özüyeriyən zenit raket kompleksləri haqqında danışırsa, o zaman bu baxımdan əslində sürprizlər yoxdur”.

Ermənistan Müdafiə naziri Davit Tonoyan ölkədə baş xəbər meykerlərindən biridir. Keçən ilin may ayında Müdafiə naziri təyin edilən Tonoyan mütəmadi olaraq mediada, siyasi, ictimai dairələrdə informasiya dalğası qaldıran pafoslu bəyanatlar verir.

Ötən həftə isə Tonoyan jurnalistlərlə görüşündə silah satın alınması məsələsinə toxunaraq hərbi “sürprizlər”in olacağını deyib. Erməni jurnalist Tonoyana rus istehsalı Su-30 SM çoxməqsədli qırıcıların tədarükü prosesinin nə yerdə olduğu və bu təyyarələrdən başqa daha hansı digər silah növlərinin satın alınması layihələrinin varlığı ilə bağlı sual ünvanlayıb.

Tonoyan cavabında deyib ki, çox şeyləri indi deyə bilməz, lakin hərbi “sürprizlər” olacaq.

Qeyd edək ki, iyun ayının sonunda Ermənistanın Müdafiə naziri Moskvada keçirilən “Ordu 2019” beynəlxalq hərbi texniki konfrans çərçivəsində, həmçinin Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibinin bildirdiyinə görə, Rusiya tərəfi ilə yeni hücum silahları, yeni nəsil hərbi sursatın əldə edilməsi, o cümlədən digər vasitələrin tədarükü ilə bağlı müqavilələr imzalanıb. Konkret olaraq, hansı silah növlərinin Ermənistan Silahlı Qüvvələrinə tədarük ediləcəyi hazırda məlum deyil, lakin əldə edilən məlumatlara əsasən payızda hansı silah növlərindən söhbət getdiyi məlum olacaq.


Erməni hərbi ekspert “Yeni müdafiə sifarişi, strategiyalar” rus jurnalının Baş redaktoru, Londonun JANES INTELLİGENCE müdafiə və təhlükəsizlik məsələləri analitik mərkəzinin müxbiri Lionid Nersisyanın sözlərinə görə, əgər Tonoyan Su-30 qırıcıları və TOR-M2 özüyeriyən zenit raket kompleksləri haqqında danışırsa, o zaman bu baxımdan əslində sürprizlər yoxdur.

“Ona görə ki, bu mövzu 1 ilə yaxındır ki, müzakirə edilir və bunların tədarükü ilə bağlı parktiki olaraq şübhə yoxdur. Tonoyanın qeyd etdiyi sürprizlər keçən ay Moskvada “Ordu 2019” forumu çərçivəsində imzalanmış müqavilələrlə bağlı ola bilər. Forum zamanı Rusiya ilə bir neçə müqavilələr imzalanıb. Lakin bunların məzmunu hələlik açıqlanmayıb. Buna görə də bu sövdələşmələrdə elə silahlar qeyd olunmuş ola bilər ki, bunlar haqqında geniş ictimaiyyətin hələlik heç bir məlumatı yoxdur”, - deyə Nersisyan bəyan edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tonoyan   Ermənistan-ordusu   Kredit  


Bizi "telegram"da izləyin