Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın nüfuzlu “Joğovurd” nəşri yazıb.
Nəşrə görə, Ermənistan hökuməti milli azlıqların maraqlarını qoruyan qanun adı altında öz məqsədlərini həyata keçirir.
“Söhbət “Milli azlıqlar haqqında” və “Hüquq bərabərliyinin təmin edilməsi haqqında” qanun layihələrindən gedir. Bu qanunlar milli azlıqların ayrıseçkiliyini qadağan edən və tənqid edən qanun layihələri kimi təqdim edilir. Lakin qanunların əleyhdarları olanlar “Hüquq bərabərliyinin təmin edilməsi haqqında” qanun layihəsinin eyni zamanda “ayrıseçkilik” ifadəsi altında cinsi azlıqların maraqlarını da qorumaq niyyəti daşıdığını qeyd edirlər. Başqa sözlə, milli azlıqların maraqlarını qoruyan qanunun adı altında böyük tənqidə məruz qalan “Ayrıseçkilik haqqında” qanunun müddəlarını keçirmək istəyirlər”, - deyə erməni nəşri bildirir.
Nəşr qeyd edir ki, Ermənistanda cinsi azlıqlarla bağlı ciddi problemlər mövcuddur.
“İndi sual yaranır bu qanun hüquqi sahədə doğrudanmı cinsi azlıq qruplarına, LGTB-lərə də güzəştlər verəcək? Məsələn, elə bir vəziyyət yarana bilər ki, homoseksualı işə qəbul etməyə bilərlər, lakin bu qanunun üstünlüklərindən faydalanan cinsi azlığın nümayəndəsi iş verəni məhkəməyə verərək, ona qarşı ayrıseçkilik edildiyini iddia edə bilər”, - deyə “Joğovurd” vurğulayır.
Alpər Mövludoğlu
Ordu.az