Ermənistanın yeni təhlükəsizlik strategiyası ekspansionizmə söykənəcək

2019/08/arm14-1564646838.jpg
Oxunub: 27367     13:46     01 Avqust 2019    
“Ən azı inqilab faktının özü milli təhlükəsizliyin qısamüddətli konteksdə olmasını ortaya qoyur. Hazırda erməni təhlükəsizliyinin digər vacib elementi erməni dövlətçiliyinin indiki de-fakto sərhədləri və genişliyi olmalıdır”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, iyulun 30-da Ermənistanda yeni milli təhlükəsizlik strategiyasının hazırlanması üzrə İdarələrarası Komissiyanın ilk iclası keçirilib.

Məlumata görə, hələ 2018-ci ilin yanvar ayında sabiq erməni prezident Serj Sarkisyan Xarici İşlər Nazirliyinin heyəti ilə görüşdə strategiyanın dəyişdirilməsinə ehtiyac olduğunu elan edərək, əvvəlki strategiyanın qəbul edilməsindən on iki ildən çox vaxt keçdiyini və yeni dünya reallıqlarının yeni bir strategiya tələb etdiyini bildirib.

“Ermənistanın keçmiş milli təhlükəsizlik strategiyası parlamenti ələ alaraq, prezident olmaq üçün Ermənistan “Respublikaçılar” partiyasına rəhbərlik etmək fikrində olan Sarkisyan hələ Müdafiə naziri olarkən qəbul edilib. 2007-2008-ci illərdə hakimiyyətin qurulduğu bir vaxtda siyasi-təhlükəsizlik məsələləri kifayət qədər əhəmiyyət daşıyırdı. İndi bu məsələlər strategiyanın hazırlanmasında, yaxud sonrakı təsiri məsələsində əks olundumu, deyə müvafiq qaydada düşünmək lazımdır.

Məsələ burasındadır ki, 2007-2008-ci illərin mərhələsini müşayiət edən müxalifətin olmaması və hakimiyətdaxili mübarizə şəraitində Robert Köçəryan parlamentinin say üstünlüyünü “Çiçəklənən Ermənistan” partiyası təşkil edirdi. Prezidentliyə namizəd isə Vardan Oskanyan idi ki, məhz onu Baş nazir rolunda da təsəvvür edirdilər. Bununla da Köçəryan Qərb və Rusiya arasında müəyyən balansı yaratmaq istəyirdi. O, Qərb üçün qəbul olunan fiqur kimi prezident olaraq Oskanyanı, Rusiya üçün etibarlı tərəfdaş olaraq, Baş nazir kimi özünü görürdü. Lakin Sarkisyan bu planın Ermənistanı Qərbə aparmaq planı olduğuna dair Rusiyanı inandırmağa nail oldu. Bunun hesabına da “Respublikaçılar” partiyasının parlamentdə say çoxluğunu əldə etmək mümkün oldu”, - deyə erməni KİVİ-nin məlumatında qeyd olunur.

KİV hadisələrin sonrakı inkişafına toxunaraq yazır ki, əlbəttə 2008-ci ilin hadisələri Ter-Petrosyanın qayıdışı və sonrakı məlum inkişaf prosesləri ilə qarışdı. “Bununla yanaşı növbəti on illikdə praktiki olaraq Köçəryan, Sarkisyanın “planlı” müqaviməti çərçivəsində qaldı və xarici təhlükəsizlik məsələlərinin ağrılı və bədbəxt təsirləri də baş verdi. Ümumən, keçən on illik milli təhlükəsizlik strategiyasının ya Ermənistanın maraqlarına və təhlükəsizliyinə cavab vermədiyi, ya da ümumiyyətlə kağız üzərində hər şeyin qaydasında olduğu, lakin buna heç kimin məhəl qoymadığı, hamının Ermənistanın təhlükəsizliyi ilə yox, öz məsələləri ilə məşğul olduğunu ortaya çıxarıb. Bununla yanaşı nəzərə almaq lazımdır ki, ətraf mühit də əsaslı dəyişikliklərə məruz qalırdı. Məhz 2008-ci ildə rus-gürcü müharibəsi və ya Qərblə soyuq münasibətlərdəki tendensiyalar Putinin 2007-ci il Münhendəki çıxışında aydın idi”.

KİV qeyd edir ki, bütün hallarda daxili və siyasi reallıqlar, xüsusilə də inqilabdan sonra Ermənistanın milli təhlükəsizliyinin yeni strategiyasını zəruri edir.

“Ən azı inqilab faktının özü milli təhlükəsizliyin qısamüddətli konteksdə olmasını ortaya qoyur. Hazırda erməni təhlükəsizliyinin digər vacib elementi erməni dövlətçiliyinin indiki de-fakto sərhədləri və genişliyi olmalıdır. Bu, erməni xalqının dövlət subyektivliyinin təhlükəsizliyini və sabit müdafiəsini və inkişafını təmin edə bilər. Əks hal, yalnız Ermənistanı yox, eyni zamanda regional və beynəlxalq təhlükəsizliyi təhdid edə bilər”, - deyə KİV Ermənistanın yeni təhlükəsizlik strategiyasında ekspansionist planlarını davam etdirməli olduğunu vurğulayır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin