Ordu.az xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.
Heyətə Türkiyənin Hərbi Dəniz Qüvvələrinə aid Sualtı Axtarış Xilasetmə Dəstəsinin 10 əməkdaşı daxildir. Onlar MiQ-29 təyyarəsinin və pilotun axtarışlarında iştirak edəcəklər.

Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi iyulun 24-də qəzaya uğrayaraq Xəzər dənizinə düşüb. Pilot Rəşad Atakişiyevin taleyindən məlumat yoxdur.
Təyyarənin axtarışı üzrə keçirilən əməliyyatlara müasir sualtı robotlar və digər avadanlıqlar, o cümlədən xarici mütəxəssislər və peşəkar dalğıclar cəlb olunub.
Müdafiə Nazirliyi əməliyyatlara əlavə qüvvələrin qatılması məqsədilə Türkiyənin aidiyyəti qurumlarına müraciət etmişdi.
Ordu.az