Azərbaycan öz enerji diplomatiyası ilə seçilir: Ermənistan üçün yeni böhran yaranır

2019/07/86867-1564575234.jpg
Oxunub: 28125     20:11     31 İyul 2019    
“Həm daxili, həm də xarici səbəblərin texniki mənşəyi var. Buna görə də enerji kəsilməsini müəyyən siyasi proseslər, o cümlədən Tuskun səfəri ilə əlaqələndirmək lazım deyil. Ümumiyyətlə intriqa olmayan yerdə onu axtarıb tapmaq lazm deyil”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri “Bir Ermənistan” partiyasının siyasi burosunun üzvü, enerji institutunun direktoru, enerji məsələləri üzrə ekspert Vahe Davtyan, bir neçə həftə öncə Ermənistanda baş verən kütləvi enerji kəsintisini şərh edərkən deyib.

Onun sözlərinə görə, problem daha dərindir və Ermənistanın enerji sisteminin təcili, əsaslı islahatlara ehtiyacı var.

“Bu qəzaya texniki problemlər səbəb olub. Buna səbəb olan iki versiya var. Birinci halda AES hazırda təmir bərpa mərhələsindədir. Ermənistanın enerji təhlükəsizliyi modelinə əsasən təmir bərpa məqsədilə atom stansiyasının fəaliyyəti dayandırıldıqda, əsas yükü istilik elektrik stansiyaları öz üzərinə götürür. Xüsusilə bu vəzifə “Hrazdan” 5-ci enerji bloku və İrəvan istilik elektrik stansiyasının üzərinə düşür. Hazırda enerji sərfiyyatının pik həddində olduğumuza görə, həmin istilik elektrik stansiyaları sadəcə olaraq öz funksiyalarını, yəni fasiləsiz dayanıqlı enerji təminatını yerinə yetirə bilmədilər”, - Davtyan bildirib.

O qeyd edib ki, Ermənistanın elektrik enerjisi sisteminin təqribən 40%-i artıq 40 ildir yenilənməyib.

“İkinci texniki səbəb olaraq, İran enerji sistemində mümkün qəzanın baş verməsi göstərilir. Ermənistanın və İranın enerji sistemləri sinxronlaşdırılıb. Ermənistandan İrana doğru enerji tədarük edilən müddətdə İran tərəfində baş verən istənilən qəza Ermənistan enerji sisteminə təsir edə bilər. Bu çox ciddi siqnaldır. Buna görə də bir sıra strateji təhlükəsizlik əhəmiyyəti daşıyan alt sistemlərdə avtomatlaşdırılmış enerji təminatı sistemi və mexanizmləri tətbiq etmək zərurəti yaranır. Mən ilk növbədə bu kimi qəzalardan mühafizə edilməyən Silahlı Qüvvələri Nəzərdə tuturam”, - deyə ekspert vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Enerji-təhlükəsizliyi  


Bizi "telegram"da izləyin