“Ermənistanda bir dəfə də inqilab olsa, vətəndaş müharibəsi qaçılmaz olacaq” - Qriqoryan

2019/07/1_152-1564559408.jpg
Oxunub: 12057     14:48     31 İyul 2019    
“Bundan başqa Ermənistanda baş verən hadisələri, Ukraynadakı seçkiləri, Gürcüstandakı hadisələri unutmayaq, bütün bunlar Rusiyaya təsir edib və təsir etməkdədir.”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Qloballaşdırma və regional əməkdaşlıq analitik mərkəzinin sədri, erməni politoloq Stepan Qriqoryan deyib.

Onun sözlərinə görə, Ermənistanda bir dəfə də inqilab olsa, vəziyyət daha kritik olacaq və vətəndaş müharibəsi qaçılmazdır.

“Bu məsələ Ermənistanda baş verən inqilabın əsas tərkiblərdən biridir. Artıq insanlar Serj Sarkisyanı 3 dəfə hakimiyyətdə görmək istəmirdi. Bu təbii və başa düşüləndir. İyulun 27-də Rusiyanın müxalifət lideri Aleksey Navalninin təşkilatçılığı ilə Moskvanın mərkəzində şəhər icra hakimiyyəti binası yaxınlığında etiraz aksiyaları keçirilib. Aksiya iştirakçları seçkilərdə müstəqil namizədlərin iştirakının təmin edilməsi və icazə verilməsini tələb edib. Aksiyalar keçirilən gün çox sayda nümayiş iştirakçları saxlanılıb. Nümayişlər günü və növbəti gün ərzində namizədlərin evlərində axtarışlar həyata keçirilib. Uğurlara nail olmaq üçün gözlənilməz və sərt mübarizəyə əl atmağın lazım olduğunu Rusiyada dərk etməyə başlayıblar. Bu etiraz aksiyaları sadəcə böyüklüyü ilə deyil, hətta həbslər başlanarkən insanları qorxutmadı və digər yerlərdə də hakimiyyətin tələblərinə tabe olmayaraq, daha sərt mübarizəyə başlanıldı”, - deyə Qriqoryan bildirib.

O, belə bir mübarizənin Ermənistanda da baş verdiyini, sərt mübarizə aparıldığını qeyd edib: “Rusiyada dərk etdilər ki, rejimlərə qarşı sərt mübarizə aparmadan heç bir şeyə nail ola bilməyəcəklər. Rusiyada baş verənlər ciddidir və ciddi nəticələrə gətirib çıxaracaq. Rusiyada insanların sosial vəziyyəti pisləşib, daha çox pis yaşamağa başlayıblar. Bu çox ciddi amildir və Rusiyada ciddi dəyişikliklərə səbəb olacaq”.

Erməni politoloqun fikrincə, keçmişdə prezident Putinin çox sayda tərəfdaşı olsa da, bu gün bu nisbət dəyişib. Hazırda Rusiyada vəziyyət dəyişib, sağ və solçuların daha çox tərəfdarları yaranıb.

“Bundan başqa Ermənistanda baş verən hadisələri, Ukraynadakı seçkiləri, Gürcüstandakı hadisələri unutmayaq, bütün bunlar Rusiyaya təsir edib və təsir etməkdədir. Onlar görür ki, insanlar daha azad sistem uğrunda mübarizə aparırlar. Aydındır ki, Rusiyada da bir çox insanlar var ki, azad yaşamaq istəyirlər”, - deyə analitik mərkəzin sədri ifadə edib.

Jurnalistin, “Rusiyada baş verən gərginlik bölgə üçün təhlükəli ola bilərmi, Məsələn aprel döyüşləri təkrarlana bilərmi?” sualına erməni politoloq belə cavab verib: “Əgər Rusiyada mürəkkəb proseslər başlayarsa, Azərbaycanın bu fürsətdən istifadə edə biləcəyi ehtimalını unutmaq olmaz”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin