Köçəryan MN və MTX-ni vurub alternativ nazirlik yartmaq istəyir

2019/07/Andra-1564558709.jpg
Oxunub: 24479     15:37     31 İyul 2019    
“Ermənistanın birinci prezidenti Levon Ter Petrosyanın silahdaşı, Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyanın sədri, deputat Andranik Köçəryan öz mövqelərini möhkəmlətməkdə davam edir”.

Ordu.az xəbər verir ki, bu barədə erməni KİV-lərində müəllif yazısı dərc olunub.

Müəllifə görə, Köçəryan yerini möhkəmləndirib, yalnız prezidentə tabe olmaq istəyir.

“Aprel döyüşlərinin detallarını araşdıran istintaq komissiyası bu günlərdə növbəti iclasını keçirib. İclasda vacib məsələlər müzakirə edilib. Komissiya üzvləri keçmiş yüksək vəzifəli hərbçilərlə və hazırda Ermənistan Müdafiə Nazirliyində xidmətdə olan hərbçilərlə məsləhətləşmələrə başlamağı təklif ediblər. Təklif olunub ki, məsləhətçi olaraq Norat Ter-Qriqoryants, Vağarşak Harutyunyan və Vladimir Hayrapetyan sentyabr ayından başlayaraq komissiyanın işinə cəlb edilsinlər.

Köçəryanın məqsədinin Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Xidmətini özünə tabe etdirmə iddiasında olması barədə daha öncə məlumat verilib. O, bu yolla hər hansı mənada Davit Tonoyan və Artur Vanetsyanın bilavasitə rəisi olmaq arzusundadır. Aprel hadisələrinin araşdırılması ilə bağlı Müdafiə Nazirliyi faktiki olaraq Köçəryana bu fürsəti verməkdədir. Sanki Köçəryan alternativ Müdafiə Nazirliyi yaratmaqla, özünü fəaliyyətdə olan ordu generallarının məsləhətçisi kimi təqdim edir”, - deyə müəllif bildirir.

Müəllif qeyd edir ki, Köçəryan aprel döyüşlərindən sonra Müdafiə Nazirliyinin apardığı hərtərəfli araşdırmalara əsaslanmaqdan imtina edib.

“Sabiq Müdafiə nazirinin müavini Vağarşak Harutyunyanı və general Norat Ter-Qriqoryantsı öz komandasına cəlb edir. Tonoyan bu araşdırmaların materiallarını komissiyaya təqdim etməyə hazır olduğunu vurğulayıb. Köçəryan yeni araşdırma ilə fəaliyyətdə olan generallara təzyiq etmək niyyətindədir. Buna görə də nazirin təklifindən imtina edir.

Xatırladaq ki, Köçəryan 1999-cu il oktyabrın 27-də törədilən terrordan sonra Ermənistanın ikinci prezidenti Robert Köçəryana təqdim edilən müxtəlif vəzifə xahiş edənlərin siyahısında olan xadimlərdəndir”, - deyə müəllif vurğulayır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin