Düşmən snayperləri hərbi tibbi yardım avtomobilini hədəfə aldı - FOTOLAR

2019/07/photo-3128794898.jpg
Oxunub: 26329     14:47     29 İyul 2019    
Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam etməkdədir.

DSX-nin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, dünən 22:00 radələrində döyüş mövqelərimiz və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələrimiz düşmən tərəfindən növbəti dəfə atəşə tutulub.

Düşmən snayperləri tərəfindən açılmış güllələr üzərində “Hərbi tibbi yardım” sözləri yazılmış və qızıl aypara nişanının təsviri olan “UAZ” markalı avtomobilə dəyib.

Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulub.

Qeyd edək ki, “hərbi tibbi yardım” avtomobillərinin atəşə tutulması birbaşa Cenevrə Konvensiyasının pozulmasıdır.





Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DSX  


Bizi "telegram"da izləyin