Ermənistan Vaşinqtonun Xəzər hövzəsi ilə bağlı yardımlarından niyə təşvişə düşür? – EKSPERTLƏR

2019/07/dd47e-3128781950.jpg
Oxunub: 3767     10:49     30 İyul 2019    
“Bu il Donald Tramp administrasiyası təhlükəsizlik yardımı məqsədilə Azərbaycana edilən yardımın həcmini əhəmiyyətli dərəcədə artırıb”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.

Nəşrə görə ABŞ-ın Azərbaycana maliyyə yardımı Ermənistandan imtina edilməsi anlamına gəlir.

ABŞ Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən “Tərəfdaşların imkanlarının möhkəmləndirilməsi” layihəsi çərçivəsində 2018-2019-cu maliyyə ili ərzində Azərbaycan Birləşmiş Ştatlardan 100 milyon dollardan artıq yardım alacaq. Artıq 2018-ci maliyyə ilində 58.6 milyon dollar alıb, 2019-cu maliyyə ili üçün isə 42.9 milyon dollar nəzərdə tutulur. Öncəki illərdə bu yardımların həcmi cəmi 3 milyon dollar təşkil edib.

2018-ci maliyyə ilində Ermənistan 4.2 milyon dollar hərbi yardım alıb, 2019-cu ildə isə bu yardımın həcminin 2.8 milyon, 2020-ci ildə 2.1 milyon dollar olması nəzərdə tutulur.

Erməni KİV-lərinə verdiyi müsahibəsində MDB ölkələri üzrə institutun direktor müavini, rus hərbi ekspert Vladimir Yevseyev yardımın əslində Xəzər hövzəsinin təhlükəsizliyinə yönəldildiyini vurğulayıb. Onun sözlərinə görə, bütün bunlar ABŞ-ın bölgədə varlığını möhkəmləndirmə istəyi ilə birmənalı şəkildə əlaqəlidir.


“Bu addımın əsas hədəfi İran ilə ABŞ arasında gərginləşən münasibət və ABŞ prezidenti Donald Trampın siyasətidir. Heç vaxt keçmişdə bu həcmdə yardım barədə söhbət olmayıb. Bu yardım əsasən Xəzər dənizinin cənub hissəsində sərhədlərin möhkəmləndirilməsinə yönəldiləcək. İranın Xəzər dənizində də sərhədləri olduğuna görə, ABŞ burada öz varlığını, təsirini genişləndirmək istəyir. Konkret bundan başqa ABŞ ilə Azərbaycan hərbi sahədə əməkdaşlıq edirlər, həm də fəal əməkdaşlıq edirlər. ABŞ-ın bölgədə indiki məqamda bu sahədə ən sıx əməkdaşlıq etdiyi ölkə Azərbaycandır. Bu ABŞ-ın bölgədəki maraqlarının əhatə dairəsindədir. ABŞ bu yolla gələcəkdə bir sıra digər məsələlərdə təsir edə biləcək.

Mənim fikrimcə, ABŞ-a da bölgədə, xüsusilə Qarabağ münaqişəsi zonasında əlavə gərginlik sərfəli deyil. Bu yardım əsasən Xəzər hövzəsinə yönəlib. ABŞ tərəfi bunun əlavə gərginlik və təhlükələr yaratmaması üçün məsələni təqib edəcək, ona görə ki, əslində Birləşmiş Ştatalar tərəfindən bu vəsait digər məsələlərin menecmentinə yönləndirilib”, - deyə Yevseyev qeyd edib.

Britaniyalı siyasi analitik Neyl Makfarleyn isə vurğulayıb ki, erməni tərəfi belə bir vəziyyətdə KTMT-nin üzvü olaraq, bölgədə baş verən dəyişiklikləri və Azərbaycanın xarici siyasətində hiss edilən dəyişiklikləri nəzərə almaqla öz xarici siyasətini mümkün qədər balanslaşdırmalıdır.


“Bunun parıltıları görünür. Lakin hələlik mövzu halında deyil. Azərbaycan çoxvektorlu siyasət istiqamətində daha çox irəliləyir. Bu sahədə Ermənistanın KTMT-yə üzvlüyü və Rusiyanın maraqları, Rusiya Federasiyasının ABŞ münaqişəli əhval-ruhiyyəsini nəzərə almaqla Ermənistan-ABŞ, yaxud Ermənistan-Qərb sıx əməkdaşlığı müəyyən mənada məhdudlaşdırılıb.

Qərbdə birmənalı olaraq qəbul edilməyən Suriyada Ermənistanın hərbi missiyası da Ermənistan üçün müəyyən problemlər yaradır. Lakin xarici siyasətin balanslaşdırılması kontekstində bu cür addımlar ağır nəticələrə səbəb olduğuna görə uzun müşahidə yolu keçməlidir. Lakin mən, hətta KTMT-yə üzvlük olduğu halda belə daha balanslaşdırılmış siyasət resursunun olduğuna əminəm. Belə ki, KTMT birelementli qurum deyil və vaxtaşırı bu qurumda problemlərin partlayışı baş verir”, - deyə Makfarleyn sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin