Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan ordusunda qulluq edən çavuş “Qara ox” silahının səsini eşitmək istəyib və diqqətsiz atəş nəticəsində xidmət yoldaşını öldürüb.
Məlumata görə, bu cinayət işi məhkəmə sistemində artıq ikinci dövrəsini vurub. 1996-cı il təvəllüdlü X.Azad hadisə baş verən anda kiçik çavuş rütbəsində, manqa komandiri, müddətli xidmət hərbi qulluqçusu olub. Ona qarşı silahla davranış zamanı diqqətsizlikdən açılan atəş nəticəsində silahdaşının ölümünə səbəb olmasına görə, CM-nin müvafiq maddəsi üzrə ittiham irəli sürülüb.
İttihama əsasən, o, döyüş növbətçiliyinə təyin edilərək, 2016-cı il iyunun 2-də səhər tezdən 09:15 radələrində döyüş postunun qazması qarşısında “Qara ox” markalı silahla davranış qaydalarını pozub. Ermən i çavuş, döyüş patronları ilə dolu xəzinəni silaha taxılmış vəziyyətdə onu doldurub və silahın tətiyini çəkib. Həmin məqamda qarşıdakı pilləkənlərlə qalxan müddətli xidmət hərbi qulluqçusu H.Xoren istiqamətinə atəş açılıb. Diqqətsizlikdən açılan atəş H.Xorenin döş qəfəsinə dəyib və o, dəlib keçən odlu silah yarası ilə ölüb.
Bu cinayət işi üzrə X.Azad 2016-cı il iyunun 2-dən dekabrın 2-dək həbsdə olub. Daha sonra yenidən 2017-ci il iyulun 25-dən 2019-cu il martın 29-dək həbs edilərək, 1 il 8 ay 4 gün həbsdə qalıb.
Sünik vilayət məhkəməsi cinayət işinin ilk məhkəmə istintaqı zamanı törətdiyi əməllərinə görə, günahkar hesab edilən X.Azadı 4 il azadlıqdan məhrum edib. Zərərçəkən tərəf məhkəmə qərarından şikayət edib və yenidən ilkin istintaqa qaytarılmasını tələb edib.
Apellyasiya məhkəməsinə qarşı təqsirləndirilən tərəf Kassasiya şikayəti verərək şikayəti icraata qəbul etməməyi xahiş edib.
2019-cu il martın 18-də bu cinayət işinə Sünik məhkəməsində yenidən, ikinci dəfə baxılıb. Məhkəmə X.Azadı 1 milyon dram girov müqabilində həbsdən azad edib.
İkinci məhkəmə istintaqında hadisəni törədən X.Azad baş verən hadisədə özünü tam günahkar hesab etdiyini qeyd edərək, ilkin ifadəsini nəzərə almağı xahiş etməklə ifadə verməkdən imtina edib.
Hadisəni törədən şəxs ölən erməni hərbi qulluçu ilə heç bir ədavətinin və mübahisəsinin olmadığını deməklə, təsadüfən açılan atəş nəticəsində əsgər yoldaşını vurduğunu qeyd edib. Lakin ölən erməni hərbi qulluqçunun yaxınları hadisənin təsadüfdən baş verdiyinə inanmadıqlarını deyiblər.
Məhkəmə X.Azadı törədilən cinayətdə günahkar bilərək CM-nin müvafiq maddəsi üzrə ittiham edib. Məhkəmə onun 6 il müddətinə azadlıqdan mərhum edilməsi barədə qərar verib. Cəzanın çəkilən hissəsi xaric edilməklə, son cəza müddəti 3 il 9 ay 26 gün olaraq təyin edilib. Sonda ona qarşı amnistiya aktı tətbiq edilərək, cəzanın çəkilməyən hissəsindən də azad edilib.
Alpər Mövludoğlu
Ordu.az