Pilotun axtarışına DSX-nin gəmiləri cəlb olundu

2019/07/photo-1564382868.jpg
Oxunub: 14244     10:46     29 İyul 2019    
İtkin düşmüş pilotun axtarışına Dövlət Sərhəd Xidmətinin gəmiləri də cəlb olunub.

Ordu.az xəbər verir ki, hazırda Sahil Mühafizəsinin sərhəd gözətçi gəmiləri və sahil nəzarəti bölmələri itkin düşən pilotu axtarır.

Qeyd edək ki, iyul ayının 24-də gecə vaxtı təlim məşq uçuşları keçirən zaman qəzaya uğrayaraq Xəzər dənizinə düşmüş Azərbaycan Respub-likasının Müdafiə Nazirliyinin Hərbi-Hava Qüvvələrinin MİQ-29 təyyarəsinin və pilotunun axtarış tədbirlərinə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müraciəti əsasında 28 iyul tarixində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmiləri və sahil nəzarəti bölmələri cəlb olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DSX   Axtarışlar  


Bizi "telegram"da izləyin