Sərhəddə növbəti təxribat: Hərbi maşınlar snayperlə atəşə tutuldu

2019/07/15642-1564297206.jpg
Oxunub: 20829     10:56     28 İyul 2019    
Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin sər­həd döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təxribatları davam edir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Ordu.az-a verilən məlumata görə, 2019-cu ilin 28 iyul tarixində saat 09:00-dan etibarən bir neçə istiqa­mət­dən döyüş mövqe­lərimiz və arxa istiqa­mətdə hərəkətdə olan hərbi nəq­liyyat vasitələrimiz düşmən snayperləri tərəfindən atə­şə tutul­ub.

Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DSX   Təxribat  


Bizi "telegram"da izləyin