Ermənistan MN ölən hərbçinin ailəsinə ayrılan 5 milyon dramı “yeyib” açıqlama yaydı

2019/07/16710-1564210447.jpg
Oxunub: 9475     17:53     27 İyul 2019    
Ermənistanda ölən hərbi qulluqçunun ailəsi hələ də 5 milyon dram yardımı ala bilməyib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 2010-cu ildən etibarən Satenik Sarkisyanın ailəsi ölən hərbi qulluqçuların ailə üzvlərinin sosial şəraitinin yaxşılaşdırılması üzrə mənzil növbəsində olub.

Məlumata görə, o, heç bir şey almadan siyahıdan kənar qalıb. Ailə hərbi prokurorluğa müraciət edərək məsələnin aydınlaşdırılmasını xahiş edib. Satenik Sarkisyanın oğlanlarından biri Parqev Karapetyan 2009-cu ildə vəzifə borclarını yerinə yetirərkən, digəri Aharon Karapetyan isə 2006-cı ildə hərbi xidmət zamanı mina partlayışı nəticəsində sağ ayaq pəncəsini itirib. Ailə üzvləri illərdir Ermənistan Müdafiə Nazirliyinə və İrəvan icra hakimiyyətinə mənzil şəraitinin yaxşılaşdırılması üçün müraciət edir.

Qeyd edilən problemlə bağlı Müdafiə Nazirliyinə edilən müraciət və araşdırma nəticəsində məlum olub ki, mənzil komissiyasının 2013-cu il tarixli qərarı ilə Satenik Sarkisyanın ailəsinə 1 otaqlı mənzil alınması üçün 4 milyon 920 min dram ayrılıb.

Məqalə dərc edildikdən sonra Müdafiə Nazirliyi tərəfindən Sarkisyanlar ailəsinə məktub ünvanlanaraq, daha öncə verilmiş cavabda səhvə yol verildiyi qeyd edilib. Lakin ailə belə bir yardım almadıqlarını deyir. Sarkisyanlar ailəsi bildirir ki, onların ailəsi adından Müdafiə Nazirliyi 5 milyon dramı mənimsəyib. 2017-ci ildə verilən məlumata görə, ailə hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması üzrə tərtib edilən növbə siyahısında 385-ci yerdə olub. Müdafiə Nazirliyi 2019-cu ildə verdiyi növbəti məlumatında isə Sarkisya ailəsinin mənzil şəraitinin yaxşılaşdırılması üzrə təqdim edilən siyahıya daxil edilmədiyi barədə bəyanat yayıb.

İrəvan şəhər meriyası isə ölən hərbi qulluqçu Parqev Karapetyanın ailə üzvlərinin mənzil şəraitinin yaxşılaşdırılması üzrə siyahının dəqiqləşdirilməsi və əlavə məlumat verilməsi ilə bağlı Ermənistan Müdafiə Nazirliyinə edilən müraciətə hələ də cavab verilməyib. Müxtəlif qurumlara müraciət edilməsinə baxmayaraq problem həllini tapmayıb.

Daha sonra İrəvan şəhər meriyası yazılı cavabında bildirib ki, Ermənistan hökumətinin müvafiq qərarına əsasən, ailəyə aid olan mənzil sahəsinin kvadratı orada yaşayan ailə üzvlərinin sayına uyğun gəldiyi üçün hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması üzrə mənzil növbəsinə alına bilməzlər.

Səkkiz nəfərlik ailə üzvləri qeyri-qənabəxş şəraitdə yaşamağa davam etməklə ümidlərini itirmədikləri vurğulayırlar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Korrupsiya   Yeyinti  


Bizi "telegram"da izləyin