“Northrop Grumman” istehsalı C4ISR-lar Qarabağda: Döyüş zamanı real informasiya üstünlüyü kimin tərəfində olacaq? (HƏRBİ EKSPERT)

2019/08/54345-1564644247.jpg
Oxunub: 2754     11:31     01 Avqust 2019    
Hazırda NATO-ya üzv ölkələrin kosmik sistemlər ilə quru bölmələri, dəniz qüvvələri və müxtəlif aviasiya platformaları arasında qarşılıqlı əlaqənin yaradılması və ortaq strategiyalarının formalaşdırılmasında bəzi həll edilə bilən problemlərlə üzləşmələrinə baxmayaraq, onlar C4ISR sisteminin yaradılmasını məhz NATO əməliyyatlarının əsas birləşdirici elementi kimi dəyərləndirirlər.

Texniki cəhətdən С4ISR sistemləri üç seqmentə bölünür:

- R&S kəşfiyyat və müşahidə vasitələri seqmenti;
- Əlaqə sistemləri və vasitələri seqmenti;
- C2 idarə sistemi seqmenti (Command and Control – ordu və silahların idarə edilməsi sistemi).

C4ISR-ın ingilis dilində “Command, Control, Communications, Computers, Intelligence, Surveillance and Reconnaissance” sözlərinin qısaltmasıdır və tərcümədə “İdarəetmə, Nəzarət, Rabitə, Kompüter, Məlumat, Müşahidə və Kəşfiyyat” mənasını verir. Sistemin adında onun yerinə yetirdiyi funksiyaların baş hərfləri sadalanır. C4ISR sisteminin adının qısaltması üslubu fərqlidir və başqa yerlərdə buna rast gəlinmir. CCCCISR əvəzinə C4ISR səslənməsi fərqli anlayış kimi qəbul edilsə də, əslində uğurlu seçim hesab edilməlidir. Lakin qısaca olaraq C4ISR kəşfiyyat-idarəetmə, bəzən isə kəşfiyyat-rabitə sistemi də adlandırılır. C4ISR sisteminin hazırlanması və tətbiqi üzrə Avropada Almaniya, Böyük Britaniya və Fransa kimi ölkələr liderlik edirlər. Onları İtaliya, İspaniya, Niderland, Norveç və İsveç kimi ölkələr izləyir. Kifayət maliyyə resurslarına malik olmayan Şərqi Avropa ölkələri bu siyahının sonunda yer alır.

İrihəcmli hərbi əməliyyatların bərpasının işğalçı ordu üçün yaxşı heç nə vəd etməməsi ehtimalı, Ermənistanın da bu siyahıya daxil olmaq niyyətini gözləməyə əsas verirdi. Təəssüf hissi ilə qeyd etməliyəm ki, rəqib prizmasından baxdıqda İrəvanın bu sistemləri əldə etməsi və ön xəttdə yerləşdirməsi mümkün itkilərin qarşısının alınması üçün atılan əsaslı addımlardan biri hesab edilə bilər.

Bəzən təlimlərin keçirilməsi barədə verilən xəbərlərə cəmiyyət tərəfindən fərqli reaksiyalar verilir, lakin onlar adətən birmənalı olmur. Bu mövzuda tək onu demək kifayətdir ki, hər bir təlim, xüsusilə döyüş atışlı geniş miqyaslı təlimlər hansısa yeni silah sistemlərinin, döyüşün təşkili və aparılması üsullarının müasir metodlarını tətbiq etmək məqsədilə həyata keçirilir.

2018-ci ilin iyun ayının 4-də Ordu.az "Qoyamart" hərbi verilişinə istinadən işğal altında olan Qarabağın şimal istiqamətində polkovnik Artur Harutyunyanın rəhbərliyi altında, Ermənistan SQ-nin hərbi birləşmələrinin birinin cəlb olunması ilə Ağdamın Uzundərə adlanan ərazisində bölüyün döyüş atışlı taktiki nümayiş hərbi təlimlərinin keçirildiyi, təlimlərdən iki gün əvvəl isə Qarabağda işğalçı ordunun hərbi şurasının keçirdiyi növbəti iclas zamanı ön xəttdə mühəndis istehkam işlərinin gedişatı, döyüş növbətçiliyinin təşkili və aparılmasının müzakirə olunduğu barədə xəbər verdi.

Verilişdəki kadrlardan məlum oldu ki, Ermənistan ordusu təmas xəttini müəyyən bir dərinlikdən müşahidə etməyə imkan verən C4ISR adlı müasir kəşfiyyat sistemindən istifadə edir. Bu sistemlərin alınması və quraşdırılması, həmçinin ön xəttdə gecə görmə cihazlarının sayının artırılmasının 2016-cı ilin aprel döyüşlərindən sonrakı dövrə təsadüf etməsinin səbəbləri hər kəsə aydındır. Bu işlər Ermənistan büdcəsinin, qondarma qurumun xüsusi hesabına yığılan vəsaitlərin, eləcə də özəl şirkətlərin və fərdi şəxslərin ianələri hesabına həyata keçirilir. Ermənistanın əldə edərək qondarma quruma ötürdüyü sistem, ABŞ-ın nəhəng hərbi-sənaye şirkəti olan “Northrop Grumman” tərəfindən hazırlanıb.

“The National Interest” nəşri isə ATƏT-in Minsk qrupunun amerikalı keçmiş həmsədri Ceyms Uorlikin “İnterfaks”a verdiyi müsahibəsində ABŞ-ın Ermənistana “məhdud miqdarda müdafiə silahı” verdiyini etiraf etməsindən dərhal sonra, işğalçı ordunun C4ISR sistemi ilə təchiz olunduğu barədə yazı dərc etdi.

Həm bu sistemlərin Qarabağda keçirilən təlimlərdə nümayiş etdirilməsi, həm də ABŞ rəsmisi tərəfindən tədarükün təsdiq edilməsi ilə əlaqədar mövcud vəziyyətin analizi bir neçə isbata ehtiyacı olmayan ən azı 8 tezis və sualın formalaşmasına səbəb oldu:

1. Ermənistan aldığı silahları seperatçılara ötürməklə birbaşa münaqişə tərəfi olduğunu bir daha təsdiqləyir;
2. Ermənistan və işğal altında olan ərazilərdə baş verənlər, xüsusilə də münaqişə ilə bağlı proseslər dünən də, bu gün də tamamilə İrəvan hakimiyyəti tərəfindən idarə olunur;
3. Silah sistemlərinin Ermənistana və ya Qarabağa ixrac olunması arasında heç bir prinsipial fərq olmayıb və indi də yoxdur;
4. Silah tədarükü məsələlərində ən kiçik detallara ciddi nəzərət edən ABŞ qondarma qurumu hansı əməkdaşlıq çərçivəsində və ya hansı müqavilə əsasında müasir silahlarla təmin edir?
5. Müntəzəm olaraq tvit atan ABŞ Prezidenti Donald Tramp bu barədə niyə susmağa üstünlük verir?
6. Moskvanı müxtəlif separatçı rejimlərin silahlandırılmasında mühüm rol oynamaqda günahlandıran ABŞ-ın bu epizodda fərqi nədən ibarətdir?
7. Sifarişçidən bu tip müasir silah sistemlərinin aidiyyəti olmayan terrorçuların və seperatçıların əlinə keçməsinə mane ola biləcək “son istifadəçi sertifikatları”nın tələb edilməməsi və yaranan fors major vəziyyətində dərc edilməməsinin səbəbi nədir?
8.ABŞ hökumətinin Ermənistan ordusu və separatçılar arasında fərq qoymadığına görə münaqişədə nizamlanma funksiyalarını ədalətli şəkildə yerinə yetirməyə mənəvi haqqı çatırmı?

Bu yazıda düşmən ordusunun silahlanmasında mövcud olan C4ISR sistemi barədə məlumat veriləcək. Bu sistemin tətbiqi, 1-ci eşalon bölmələrinin müdafiə rayonlarına qəfil hücumları və kəşfiyyat diversiya qruplarının diqqəti cəlb etmədən sızması barədə xəbərdar edilməsində kifayət qədər ciddi əhəmiyyət daşıyır. C4ISR strateji və ya əməliyyat səviyyəsində yüksək vəzifəli komandirlər (qərargahlar) tərəfindən tətbiq edilir.

C4ISR dedikdə, özündə silahlı qüvvələrin döyüş idarəetmə prosesinin texniki təminatı üçün zəruri olan bir neçə alt sistemi birləşdirən əsas sistem başa düşülür.

İstehsalçılar tərəfindən “sabahın texnologiyası” adlandırılan və hərbi əməliyyatların şəraitini tamamilə dəyişdirən C4ISR kompleksi:

- Öz qoşunlarının koordinatlarının təyin edilməsini;
- Rəqibin koordinatları və hərəkətlərinin elektron xəritələrdə göstərməklə aşkar edilməsini;
- Birlik və hissələrin optimal hərəkət marşrutunun seçilməsini;
- Zərbə və atəş vasitələrinə hədəf göstərilməsini;
- Fasiləsiz olaraq öz bölmələrini, qonşuların və rəqiblərin koordinatları və yerdəyişməsi barədə məlumatlandırılmasını;
- Məlumatların toplanılması, emalı və təhlilini;
- Alınan kəşfiyyat məlumatları və sərəncamda olan güc və vasitələrin sayına uyğun olaraq komandirlərə qərarların qəbul edilməsi üçün təkliflərin verilməsini;
- Döyüşün və onun mümkün nəticələrinin modelləşdirilməsini;
- Real və dəyişən döyüş şəraitinə uyğun komandirə fərdi qərarların təklif edilməsi funksiyalarını avtomatik rejimdə yerinə yetirməyə imkan verir.

Beləliklə, С4ISR sistemi vahid məlumat məkanının yaradılmasına, adaptiv idarəetmənin maksimum imkanlarının təmin edilməsinə, döyüş güc və vasitələrindən kompleks istifadəyə yardım edir. Buna görə müasir döyüşdə C4ISR hər bir döyüş şəraitində tətbiq edilə biləcək unikal platforma hesab edilir. C4ISR risklərin ən yüksək olduğu zamanda belə qərargahların yükünü minimuma qədər azaltmağa yardım edir. C4ISR proqramları real zamanda məlumatların qəbulu, emalı, saxlanılması və analizini təmin edir. Bununla da döyüşdə real informasiya üstünlüyü və qəbul edilən qərarların effektivliyi təmin edilir.

Bu kompleks tərəfindən təqdim olunan texniki imkanlar ən tələbkar müştəriləri belə heyrətləndirir. Hazırda bu sistemlər komanda məntəqələrində, komanda qərargah maşınlarında, RLS-lərdə, kəşfiyyat və qırıcı təyyarələrdə, dəniz vasitələrində və PUA-larda tətbiq edilir.

Dünyada C4 sistemlərinin əsas istehsalçıları “Lockheed Martin”, “Raytheon”, “BAE Systems”, “General Dynamics”, “Elbit Systems”, “Thales”, “Leonardo” və s. kimi şirkətlər hesab edilir.

“Elbit Systems”

İsrail ordusu üçün “Elbit Systems” şirkəti tərəfindən hazırlanan və hazırda qabaqcıl tətbiqetmə prosesində olan DAP (Digital Army Programme- Rəqəmsal Ordu Proqramı) konsepsiyası yüksək və aşağı intensivlikli münaqişələrdə C4ISR konsepsiyası üçün əsas platforma hesab edilir. Sistem yuxarıdan aşağıya ən son zirehli vasitəyə qədər bütün eşalonları biri-biri ilə əlaqələndirir, real zamanda problemlərin həlli üçün kritik məlumatlar ötürür, “sensor- döyüşçü” zəncirini qısaldır və komandirlərin bütün döyüş ehtiyatlarını və resurslarını tam istifadə etməyə imkan yaradır.

“Elbit Systems” yaxınlarda C4ISR sistemini təkmilləşdirmək üçün ən son versiya kimi qəbul edilən olan LONG VIEW-CR sistemini də nümayiş etdirdi. Sistem bir çantada nəql edilə bilər və ya bir qurğuda quraşdırıla bilər ki, bu da xüsusi təyinatlı qüvvələr tərəfindən kəşfiyyat maşınlarında və ya sabit müşahidə məntəqələrində həyata keçirilən uzunmüddətli kəşfiyyat tapşırıqları zamanı çox faydalıdır.

“Thales”

“Thales” şirkəti isə HDQ-nin inkişafına zəmanət verən, bütün maraqlı tərəflərin real zamanda informasiya mübadiləsinə və qısa müfddətdə qərar qəbul etməsinə imkan verən C4ISR sistemlərinin hazırlanmasına üstünlük verir.

Bu sistemlər sayəsində hərbi dəniz qüvvələrinin quru qoşunları və hərbi hava qüvvələri və NATO müttəfiqləri ilə qarşılıqlı əlaqəsi təmin edilir. Real zamanda məlumatı səmərəli şəkildə əldə edilməsi, toplanılması, emal edilməsi və paylanılması imkanı düşmən üzərində operativ üstünlüyün əldə edilməsinə və saxlanması üçün şərait yaradır.

Bu sistemlərin inkişafında əsas vəzifələr onların universal modula, funksional uyğunluğa, yüksək xüsusiyyətlərə, davamlılığa, təhlükəsizliyə və rəqabət qabiliyyətinə malik olmasından ibarətdir.

“Thales” inteqrasiya edilən və uyğun həlləri təmin etmək bacarığından istifadə edərək kosmik məkanın rəqəmsallaşdırılması ilə bərabər əsgərdən komandana qədər situasiya ilə bağlı biliklərini aşağıdakı qaydada bölüşdürməyə şərait yaradır:

- Bütün mənbələrin intellektindən sürətlə istifadə edir;
- Müvafiq məzmunlu məlumatı real zamanda komandanlığa ötürür;
- Ümumi taktik vəziyyəti paylaşır;
- Qərarların qəbul edilməsini dəstəkləyir;
- Rəhbərliyin niyyətlərini aidiyyəti üzrə çatdırır;
- İstənilən hava şəraitində, gündüz və gecə əməliyyatları sinxronlaşdırır; Öz iş tempində üstün təşəbbüsünü qoruyur;
- Düşmənin taktiki maskalanmasını, aldadılmanı və ya dost atəşini istisna edir.

“Lockheed Martin”

“Lockheed Martin” şirkəti bu sistemlərin aparıcı istehsalçılarından biri hesab edilir. “Lockheed Martin” bu il sinergetik təsirlər yaratmaq və məlumat dövriyyəsini tezləşdirmək məqsədilə ənənəvi qaynaqları bir-birinə bağlaya bilən “Çoxdomenli Sinxronlaşdırılmış Effektlər Aləti”ni təqdim edib. Bu avadanlıq gələcək müharibələrdə uğur qazanmaq üçün qoşunlardan ayrı-ayrı C4ISR sistemlərini bir-birilə əlaqələndirmək imkanını təmin edəcək.

Müxtəlif firmalar tərəfindən, müxtəlif platformalar üçün hazırlanan C4ISR sistemlərinin bir çox hallarda bir-biri ilə uyğun gəlmədiyi üçün “Lockheed Martin” şirkəti, C4ISR sistemini eyni universal platformada birləşdirmək üçün bu sistemlər arasında qarşılıqlı əlaqə standartlarının bir hissəsini əhatə edən yeni, universal LCSI ("Rainbow" - Göy Qurşağı) layihəsi çərçivəsində tədqiqatlar aparmağa başlayıb.

LCSI layihəsi CORBA texnologiyasına əsaslanır. Hazırda “Lockheed Martin” şirkəti real döyüşə yaxın şəraitdə bir neçə kompüter sistemindən ibarət şəbəkələrin əməkdaşlığını optimallaşdırmaq üçün araşdırmalar aparır. Bunu üçün şirkət məntiqlə mərkəzləşdirilən, fiziki olaraq paylaşıla bilən, ortaq standarta uyğun girişə imkan verən virtual bir məlumat bazasının yaradılmasını həyata keçirməyi planlaşdırır.

“Northrop Grumman”

“Northrop Grumman” şirkəti C4ISR sistemlərini döyüş vəzifələrinin müvəffəqiyyətlə icrasını təmin edən qərarların qəbul edilməsi üstünlüyünü təmin edən avadanlıq kimi təqdim edir.

Şirkətin yaratdığı C4ISR şəbəkəsi müxtəlif domenlərdə problemsiz şəkildə çalışır, yüksək sürəti və operator üçün məlumat keyfiyyətini qoruyaraq taktiki səviyyədə məlumatları toplayır, emal edir, vəzifələr ilə uyğunlaşdırır və məlumat bazasını inkişaf etdirir. Bu şəbəkələr platformaları, faydalı yükləri, sensorları və insanları bir araya gətirərək fəaliyyət göstərir.

Onlardan fövqəladə vəziyyətin tam həcmdə tüğyan edəcəyi vəziyyətin qarşısının alınmasından, düşmən arxasında olan kəşiyyat qrupunu mümkün təhlükədən xilas etməyə və vəzifələrin uğurla icrasına qədər müxtəlif sahələrdə istifadə edilə bilər.

Şirkətin iddialarına görə, onların C4ISR məhsulları bu gün müasir proqram təminatı və yüksək texnologiyalardan istifadə edərək Quru Qoşunları, HDQ, HHQ, Kiber və Kosmik Qüvvələrinin birgə fəaliyyətini sinxronlaşdıraraq optimallığı artırmağa və dünyanın ən mürəkkəb təhlükəsizlik problemlərini həll etməyə kömək edir.

FINDERS

Fransa ordusunda silahlanmaya qəbul edilən FINDERS (Fast Information, Navigation, Decision and Reporting System - Sürətli İnformasiya, Naviqasiya, Qərar və Hesabat Sistemi) sistemi də öz növbəsində zəngin və müasir texnologiyaya əsaslanır və özünü döyüş şəraitində yaxşı tərəfdən göstərir. Sistem müxtəlif taktiki məlumatların mübadiləsini təmin edir, qüvvələrin və rəqib qüvvələrinin ərazidə yerləşməsini rəngli rəqəmsal xəritədə əks etdirir, peyk naviqasiya rejimində fəaliyyət göstərə bilir, komanda məntəqələrinin bütün alt sistemləri və istənilən rəqəmsal rabitə vasitələri ilə inteqrasiya edərək döyüş əməliyyatlarının planlaşdırılmasına imkan verir. Ekipajın vəziyyət haqqında məlumatları FINDERS dəstinə daxil olan bir neçə xarici videokameranın köməyi ilə daha da genişlənir.

NCW

İsveç Silahlı Qüvvələri də digər ölkələr kimi internet şəbəkəkəsinin və peyk naviqasiyasının imkanlarından yararlanaraq hərəkət edirlər. Onlar daha geniş məlumat toplama funksiyalarını gələcək NCW sistemlərinə yerləşdirmək məqsədi ilə adaptiv C4ISR qovşaqlarının inkişafını maliyyələşdirirlər. “Saab” tərəfindən dəstəklənən NCW İsveç konsepsiyası əvvəlcə NBD olaraq təyin edildi. Onun əsas vəzifəsi naqilsiz/mobil və sabit genişzolaqlı kanallardan istifadə edərək Quru Qoşunlarının, HDQ və HHQ-nin hərbi strukturlarının bütün eşalonlarının, müxtəlif idarə, xidmət və bölmələrinin, mülki təşkilat və hakimiyyət orqanlarının qarşılıqlı rabitə və informasiya mübadiləsini yaratmaqdan ibarətdir.

Bu şəbəkə infrastrukturu, həmçinin müxtəlif PUA-lar arasında real zamanda məlumat ötürülmə kanalları vasitəsilə əlaqə yaratmağa imkan verəcək EO/IR (elektro-optik/infraqırmızı) sensorlar və kommunikasiya cihazları ilə təchiz olunan müxtəlif şəbəkə mərkəzli vasitələrin birləşməsini də əhatə edəcək. Bu imkanlar İsveç ordusu tərəfindən əldə edilən C4 sistemləri üçün mütləq kriteriyalar kimi qəbul edilir.

“Kongsberg Protech Systems”

Norveçin “Kongsberg Protech Systems”(KPS) şirkəti son zamanlar əsasən uzaqdan idarəolunan PROTECTOR döyüş modulu ailəsinin istehsalı ilə məşğul olsa da, şirkətin Silahlı Qüvvələr üçün hazırladığı C4ISR/EW kompleksini bu il REM sistemləri ilə gücləndirməyə zaman tapıb. Bu sistem digərlərindən daha müasir REM bloku ilə təchiz edilməsi ilə fərqlənir.

“Raytheon”

“Raytheon” şirkəti də C4 sistemlərinin hazırlanması və tətbiqi ilə müxtəlif konsepsiyalar təklif edən nəhəng şirkətlərdən biridir. Şirkət yaxınlarda 224 milyon polyak zlotısı müqabilində Polşanın komanda məntəqələri üçün C4ISR komponentləri və onun istehsal texnologiyasının transferini nəzərdə tutan müqavilə imzaladı.

Hazırda С4ISR sistemlərinin illik dövriyyəsi 10 milyard dollardan artıqdır və bu rəqəm ildən-ilə artan dinamika nümayiş etdirir. Hər il daha yeni və mürəkkəb funksiyalar, həmçinin onların təhlükəsiz fəaliyyətinin təmin edilməsi istiqamətində addımlar atılır. Dünyada 100% tam təhlükəsiz fəaliyyət göstərən texnologiya hələlik istehsal edilməyib. C4ISR sistemlərinin istehsalçıları mümkün təhdid ehtimallarını azaltmaq üçün daxili cihaz şifrələməsi, İT texnologiya əsaslı təhlükəsizlik funksiyası və uzaqdan şifrələmə (bloklanma və kilidlənmə) texnologiyalarından istifadəni təklif edir, lakin bu tədbirlərin effektiv nəticə verməsi üçün istifadəçi ölkənin (ordu və ya korpusun) internet resurslarının etibarlılıq və kiber hücumlara dayanıqlılığı səviyyəsinə xüsusi diqqət yetirilməlidir.

C4ISR paralel olaraq ən azı 10 vacib funksiyanı yerinə yetirir, sadə dillə desək düşmənin mövqelərini, onun zərbə vasitələrini, silah sistemlərini gecə-gündüz aşkarlayır, hədəf göstərir, məlumatları real zamanda digər komanda məntəqələrinə ötürür və komandirlərin düzgün qərar qəbul etməsinə imkan yaradır. C4ISR gələcək döyüş sistemlərinə (Future Combat Systems) aid texnologiyadır və döyüş şəraitində ordu birləşmələrini idarə etməyə, kəşfiyyat, rabitə və digər fəaliyyətləri yerinə yetirməyə imkan verir.

Ermənistan və işğal altında olan ərazilərdə C4ISR sistemlərinin quraşdırılması ilə Ermənistanın Dövlət Gəlirləri Komitəsinin keçmiş sədri, keçmiş maliyyə naziri Qaqik Xaçatryanın sələfləri Qurqen və Artyom Xaçatryan qardaşları məşğul olur. ABŞ-la sıx əlaqələrə malik olan qardaşların Vaşinqton və Parisdə bahalı villaları olsa da, onlar hazırda İrəvan şəhəri, Teryan 66 ünvanında öz ailələri ilə ayrı-ayrı mənzillərdə yaşayırlar.

Lakin C4ISR sistemlərinin quraşdırılmasını qismən başa çatdıran Ermənistanın onlardan sabit rejimdə və tam həcmdə yararlanması üçün zəruri olan şərtlərin formalaşdırılması, xüsusilə hələki server təhlükəsizliyi məsələlərinin tam həll edilmədiyi ehtimal edilir. Ermənistan bu problemlərin həlli üçün 2017-ci ildə kosmik kəşfiyyat sistemini “Geokosmos” Qapalı Səhmdar Cəmiyyəti adı ilə yaratsa da (bu ayrıca bir mövzudur və araşdırılacaq), ölkənin özünəməxsus peyk stansiyaları hələlik mövcud deyil. Bu sahədə böyük ehtimalla Rusiyanın təqdim etdiyi məhdud resurslardan istifadə edilir.

Ermənistan tərəfindən alınan və hazırda Dağlıq Qarabağ ərazisində fəaliyyət göstərən C4ISR sistemlərinin sayı da dəqiq məlum deyil. Böyük ehtimalla bütün C4ISR şəbəkəsinin istifadəçiləri arasında məlumat mübadiləsi Ermənistanın MTS və ya “ArmenTel” özəl mobil şəbəkə operatorlarının imkanlarından istifadə edilərək həyata keçirilir. “Bilayn” və “Rostelekom” şirkətləri də Dağlıq Qarabağ ərazisində fəaliyyət göstərir, lakin onlara ermənilərin indiki vəziyyətdə etibar edəcəyi real görünmür. Silahlı Qüvvələrimiz tez və ya gec bu sistemlərlə mübarizə aparmaq məcburiyyətində qalacaq və deyərdim ki, artıq mübarizə aparırlar. Bu baxımdan kiber və informasiya təhlükəsizliyi üzrə qurum və cavabdeh mütəxəssislər fəaliyyətlərində C4ISR sistemlərinin yaratdığı mümkün təhdid faktorlarını mütləq nəzərə almalıdırlar.

Taktiki və operativ şəbəkə informasiya sistemləri artıq döyüş əməliyyatları konsepsiyasını və hərbi əməliyyatların aparılması doktrinasını əsaslı şəkildə və geriyə dönüşü olmayan transformasiyaya məruz qoyur. Artıq ön xətdə və ya kəşfiyyat əməliyyatlarında şəxsi heyətdən çox texnologiyalar - peyk, naviqasiya və internet rol oynamağa başlayıb. Deməli, Silahlı Qüvvələrimiz də öz fəaliyyətlərində yalnız düşmən əsgəri ilə deyil, eyni zamanda düşmənin əldə etdiyi texnologiyalarla mübarizə aparmalıdırlar. Artıq qılınc və mərmi ilə müharibədə qələbə əldə etmək dövrü çoxdan arxada qalıb. XXI əsr müharibəsi daha çox beyin və texnologiya müharibəsini xatırladacaq. Daha öncə də Ordu.az-da dərc edilən bir neçə faktı xatırlatmaq yerinə düşər. Məsələn, NATO-nun Kiber Təhdidlərə Qarşı Mübarizə üzrə Təcrübə Mərkəzi (CCDCOE) 2016-cı ildən “Locked Shields” beynəlxalq təlimlər həyata keçirir. Bu təlimlər müasir reallığa daha yaxın ssenariləri ilə yadda qalır. Keçirilən təlimlərin birində iştirakçılar “hərəkətdə olan sürət qatarını dayandırmaq” tapşırığı alırlar. Təlim içtirakçıları olan hakerlərdən bir qrupu uğur qazanır: onlar qatarı dayandırır, idarəetmə sistemini və mühərriki bloklayırlar.

Keçən ay isə Rumıniyanın Otopeni şəhərində NATO-nun informasiya və kommunikasiya sahəsində ən böyük təlimləri hesab olunan “Steadfast Cobalt 2019” təlimləri keçirildi. Təlimlərdə NATO-nun 35 birləşməsindən iştirak edən 1200 hərbiçi C4İSR sisteminin qarşılıqlı uyğunluğu və inteqrasiyasının təmin edilməsini sınaqdan keçirdilər.

Nəticə

Ümumiyyətlə bu o demək deyil ki, C4ISR sistemindən yalnız Ermənistan ordusu yararlanır. Bu sistemlərin C2, C4, C4I kimi əvvəlki versiyaları dünyanın bir çox ölkələrinin, xüsusilə də NATO üzvü olan ölkələrin silahlanmasında 10 ildən çoxdur ki, mövcuddur. Təbii ki, onların yeni versiyaları da istehsal edildikcə arsenala əlavə edilir. C4I sisteminin istifadəçiləri arasında Azərbaycan da yer alır. Son zamanlar Müdafiə Nazirliyinin İsraildən əldə etdiyi “Sand Cat” zirehli avtomobili bazasında yaradılan “R-010SC” komanda-qərargah maşınına quraşdırılan VRC-950 rəqəmsal ultraqısa dalğalı radiostansiyalar C4I sistemindən istifadə edir. Onun vasitəsilə əlavə müxbirlərə radio çıxış, etibarlı məlumat ötürülməsinə avtomatik nəzarət və effektiv təkrar translyasiya imkanları kimi qabaqcıl xüsusiyyətlər təmin edilir.

Azərbaycanın “Thales” şirkəti ilə birgə istehsal etməyə hazırlaşdığı “Ground Master 400” rəqəmsal HHM radarı da hələ rəqib tanımayan C4ISR idarəetmə sisteminin modifikasiyasından istifadə edir.

Hər bir texnologiyanı insan zəkası yaradır, buna görə də hər bir yeni sistemlə mübarizə metodları mövcuddur, yalnız bunu həyata keçirən qurumların fəaliyyətlərinin düzgün istiqamətləndirilməsi və əlaqələndirilməsi vacibdir.

Hazırda bütün güc nazirliklərində kiber təhdidlərə qarşı mübarizə və informasiya idarələrinin genişləndirilməsi artıq zərurətə çevrilib. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi, mülki sektorda fəaliyyət göstərən qurumlar da daxil olmaqla, bütün bu qurumların fəaliyyətlərinin əlaqələndirilməsini və qarşılıqlı koordianasiyasını təşkil etməlidir. Hərbi məktəblərdə və universitetlərdə dar profilli fakultələr açılmalı və bu sahənin tədrisinə ciddi və peşəkar mütəxəssislər cəlb edilməlidir. İstehsalçı şirkətlərdə çalışan xarici və ya yerli mühəndislərin köməyindən istifadə istisna edilməməlidir. Strateji tərəfdaşlıq etdiyimiz ölkələrlə bu mövzularda birgə təlimlər və müsabiqələrin keçirilməsi də çox vacibdir.

Yalnız bundan sonra real nəticələr, yəni düşmən ordusunun informasiya-telekommunikasiya sistemlərinə, onların istifadə etdiyi şəbəkələrə, o cümlədən dövlət orqanlarının ordu rəhbərliyi ilə internet üzərindən əlaqəsinə və Baş Qərargah-birlik-hərbi hissə-vasitə zəncirinin elektron məlumat dövriyyəsinə nəzarətin saxlanılmasına nail olmaq mümkündür. Belə bir nəzarət mexanizmi ehtiyac yarandığı təqdirdə, yüksək hakimiyyət orqanının göstərişi ilə bir neçə istiqamətdən paralel olaraq düşmən şəbəkəsinə müdaxiləni təmin etməlidir. Müdaxilənin yüksək dəqiqlikli silahların zərbələri ilə sinxron şəkildə icrası döyüş əməliyyatlarının taleyini əvvəlcədən həll edə biləcək faktor kimi dəyərləndirilməsi daha məqsədəuyğundur.

Yerləşdiyimiz coğrafi ərazi, ətrafımızda baş verən geosiyasi hadisələr, texnologiyanın sürətli inkişaf templəri, mövcud və ehtimal edilən kiber təhdidlər və s. istəsək də, istəməsək də, bizi bu fəaliyyətləri həyata keçirməyə məcbur edəcək. Təhlükəsizlik və informasiya texnologiyaları sahəsində zəruri olan addımların vaxtında atılması, ümumilli maraqların təmin edilməsində açar rolunu oynaya biləcək amillər aidiyyatı təşkilatlar tərəfindən bir-bir araşdırılmalı və təsnifatlandırılmalıdır.

Artıq balansımızda olan server, resurs, şəbəkə və sistemlərin kiber hücumlardan yalnız qorunması ilə kifayətlənməməli, eyni zamanda düşmənlə mübarizədə effektiv nəticə verə biləcək metodları araşdırmalı, vahid mübarizə konsepsiyasını qəbul etməli, onların müvafiq yerli və beynəlxalq təlimlərdə sınaqlardan keçirilməsini, həmçinin konvensional silahlarla paralel tətbiqinə daim hazır olmalıyıq.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: С4ISR   Qarabağ  

“Northrop Grumman” istehsalı C4ISR-lar Qarabağda: Döyüş zamanı real informasiya üstünlüyü kimin tərəfində olacaq? (HƏRBİ EKSPERT)

2019/08/54345-1564644247.jpg
Oxunub: 2755     11:31     01 Avqust 2019    