Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi açıqlama yayıb.
Açıqlamada daxili təhlükəsizlik əməliyyatları çərçivəsində Hakkari Rayon Jandarm Komandanlığı və 3-cü Piyada Diviziya Komandanlığı qoşunları tərəfindən Yüksekova Dolamadi Təpə ərazisində əməliyyat həyata keçirildiyi bildirilir.
Hakkari və Yüksekova Jandarm Xüsusi Təyinatlı Qüvvələrinin terrorçularla toqquşması nəticəsində 4 terrorçunun zərərsizləşdirilib.
Bölgədə əməliyyatların davam etdiyi qeyd edilir.
Sevinc Əliyeva
Ordu.az