Qriqoryanın həbsinin girovla əvəz edilməsi təxirə salınıb

2019/02/45654-1550299287.jpg
Oxunub: 16930     10:51     16 Fevral 2019    
Dünən İrəvan şəhər məhkəməsinin Şenqavitdəki bölməsində Ermənistan parlamentinin sabiq deputatı, general Manvel Qriqoryanın həbsinin girovla əvəz edilməsi ilə bağlı vəsadətə baxılması prosesinə başlanılsa da, qısa vaxt keçmədən hakim işin təxirə salındığını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Tert.am saytına Qriqoryanın vəkillərindən biri olan Arsen Mkrtçyan bildirib.

Onun sözlərinə görə, müstəntiq məhkəmə iclasına gəlməyib. O, digər işlərlə məşğul olduğundan məhkəmə iclasının təxirə salınmasını istəyib. Buna görə də məhkəmə iclası fevralın 26-na təyin edilib.

Qeyd edək ki, müdafiə tərəfi 20 milyon dram müqabilində Qriqoryanın həbsdən azad edilməsinə dair vəsadət qaldırıb.

Xatırladaq ki, Manvel Qriqoryan qanunsuz yolla hərbi sursat əldə etmə və saxlama, həmçinin xüsusilə külli miqdarda əmlak mənimsəmədə ittiham edilir. O, 2018-ci ilin iyununda həbs edilib. Barəsində ittiham başa çatıb və ona qarşı Ermənistan qanunvericiliyinin müvafiq olaraq 6 maddəsi üzrə ittiham irəli sürülüb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qriqoryan   Ermənistan  


Bizi "telegram"da izləyin