Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə erməni politoloq Ağasi Yenokyan bildirib.
Yenokyan hesab edir ki, bu missiya ilə Ermənistan hətta erməni-rus münasibətləri sahəsində də hər hansı bir fayda əldə etməyəcək.
“Bu, Ermənistan əsgərlərinin və vətəndaşlarının hesabına Rusiyaya edilmiş hədiyyədir. Bir balaca fayda versə də, Rusiya yenə də Ermənistan hakimiyyətinə qarşı kəskin mövqeyi ilə çıxış edir”, - deyə erməni politoloq vurğulayıb.
Onun fikrincə, bu dəyərləndirməni yüngülləşdirmək və ümumi olaraq humanitar missiya ətrafında yaranmış təhdidləri aradan qaldırmaq üçün Ermənistan hakimiyyəti əgər varsa, bu missiyanın hüquqi müqaviləli əsasını parlamentə təqdim etməli, şəffaf müzakirə keçirməli və Suriyadan missiyanı geri qaytarmalıdır.
“Ermənistan çoxvektorlu siyasət yürütməyə məcburdur. İndi hər şeyi bir zənbilə qoyub, qorxuyla gözləyirik ki, rus nə zaman ayağı ilə həmin zənbilə zərbə vuraraq bizim bütün xarici siyasətimizi darmadağın edəcək”, - deyə Yenokyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az