Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu "Sasna Tsrer" partiyası Tonoyanın Suriya ilə bağlı açıqlamalarına cavab olaraq yaydığı bəyanatında bildirib.
Bəyanatda, həmçinin deyilir ki, motivləri olmadan Tonoyanın bəyanatı hərbi siyasi və geosiyasi baxımdan Ermənistan respublikası və erməni xalqı üçün bütün təhlükəsizlik sərhədlərini keçir.
"Humanitar adı altında Suriyaya göndərilən hərbi heyət, nazirin dediyinə görə, faktiki olaraq istənilən an hərbi əməliyyatlara cəlb edilə bilər. Bununla da həm Ermənistan daxilində, həm də ondan kənarda erməni xalqının təhlükəsizliyini və həyat əhəmiyyətli maraqlarını təhlükəyə atmış olur.
Rusiya Federasiyasının himayəsi altında Suriyada bu kimi təhlükəli müharibə səhnəsində Ermənistan silahlı qüvvələrinin iştirakı qəbuledilməzdir.
"Sasna Tsrer", Ermənistan respublikasını və xaricdəki bütün sağlam düşüncəli qüvvələri vahid iradə nümayiş etdirərək, mümkün ola biləcək təhlükəli inkişaf proseslərinin qarşısını almağa çağırır", - deyə bəyanatda qeyd edilib.
Xatırladaq ki, fevralın 8-də minadan təmizləmə, həkim və onların birbaşa təhlükəsizliyini təmin edən erməni mütəxəssislərdən ibarət, ümumi sayı 83 nəfər olan qrup Suriya Ərəb Respublikasının Hələb şəhərinə göndərilib.
Fevralın 12-də Ermənistanın Müdafiə naziri Davit Tonoyan bəyan edib ki, Suriyada Ermənistanın humanitar missiyası qanunun tələblərinə müvafiq şəkildə yerinə yetirilir. Həmçinin, o qeyd edib ki, əgər hərbi əməliyyatlarda iştirak edilməsi kimi zəruri məqam yaranarsa, əlbəttə, Ermənistan bunu qanunun tələblərinə uyğun olaraq bunu edəcək.
“Əlbəttə, eyni zamanda bu məsələdə qərar qəbul edərkən, parlamentdən kənar qüvvələrlə əməkdaşlıq edilməsi sahəsində iş aparılacaq”, - deyə Tonoyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az