" Sasna-Tsrer " sözünə uyğun nəticə tapıldı!

"Sasna-Tsrer" - (132 )

“Sasna Tsrer”: Fəaliyyətdə olan hakimiyyətin tərəfdarı rolunda çıxış etmə mərhələsi başa çatır

2019/10/456-1571640668.jpg
Oxunub: 614     12:13     29 Dekabr 2019    
“Biz 2020-ci ilə sistem dəyişikliyi istəyən, hakimiyyətə qarşı tələblər irəli sürən və hüquqi vasitələrlə bunların icrasına nail olmağa çalışan bir siyasi qüvvənin mövqeyi olan radikal müxalifət kimi giririk”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu “Sasna Tsrer” partiyasının katibliyinin koordinatoru Varujan Avetsiyan deyib.

O, fəaliyyətdə olan hakimiyyətə dəstək verən rolunda çıxış etmə mərhələsinin onlar üçün başa çatdığı haqqında bəyanat verib.

Avetsiyan 2019-cu ilə yekun vurarkən inqilabın, daha doğrusu sistem dəyişikliyi prosesinin uğursuzluq ərəfəsində olduğunu söyləməkdən peşman olduqlarını qeyd edib.

O, Ermənistanın Qarabağdakı vəziyyət də daxil olmaqla böhran içində qalmaqda davam etdiyini bildirib.

“Böhran bir sistem olaraq dövlətin əsasını təşkil edən 4 əsas sahədə yəni dövlət idarə etməsi, xarici əlaqələr, sosial iqtisadi və sosial mədəniyyət sahəsində qalmaqda davam edir”, - deyə partiya funksioneri bildirib.

Avetisyanın sözlərinə görə, böhranın kompleks mənfi təsirləri səbəbindən Qarabağ problemi, xarici təhlükəsizlik, demokratiya, həyat səviyyəsi, ədalət və ətraf mühit fəlakətli bir vəziyyətdə qalmaqda davam edir.

“Mövcud hökumətin sistematik dəyişikliklər etmək üçün iradəsi və imkanları olmadığı artıq aydındır. Dövlət sükanını qəbul etdiyi gündən bəri, yəni 1,5 il ərzində fəaliyyətdə olan hakimiyyət sistem dəyişiklikləri ilə bağlı bizim, digər qüvvələrin və siyasi xadimlərin bütün təklif və təşəbbüslərinə məhəl qoymayıb və ya görməzdən gələrək, sıfıra endirib. Qaralarla müqayisədə özü üçün rahatlıq zonası yaratmış və özünü ağ kimi təsəvvür edən indiki hakimiyyətin əsl alternativə və həqiqi ağ qütbə malik olmasının vaxtı çatıb. Belə bir həyati qütbün meydana gəlməsini milli demokratik qüvvələrin və xadimlərin mümkün qədər geniş şəkildə birləşməsi ilə baş tutacağını təsəvvür edirik”, - deyə Avetisyan bildirib.

Avetisyan əlavə edib ki, Ermənistanda dövlətçiliyin formalaşdırılması, konstitusiyanın təminatı və demokratiyanın zəmanətlərinin bərqərar olması naminə yaradılacaq milli demokratik qütblərin qarşıdakı vəzifəsi sistem dəyişikliyini dönməz bir axara qoymaq olmalıdır.

Onun sözlərinə görə, Ermənistanın ardıcıl çevriliş dövrünü yaşamasına dair, ikinci bir fikir ola bilməz.

“Belə bir proses, qisas və ya daha bir xalq qiyamı olduğu halda başlaya bilər. Buna görə də keçid versiyası olaraq, indiki inqilabın başa çatdırılması lazımdır”, - deyə “Sasna Tsrer” partiyasının katibliyinin koordinatoru bildirib.

Avetisyan qeyd edib ki, bu versiya baş tutduğu halda növbədənkənar seçkilərdən sonra inqilabçı qüvvələrdən ibarət milli razılıq hökumətinin hakimiyyəti altında sərt keçid proqramlı hökumətin idarəetmə dövrü olmalıdır.

“Yuxarıda göstərilənləri nəzərə alaraq, qeyd edirik ki, bizim üçün fəaliyyətdə olan hakimiyyətin tərəfdarı rolunda çıxış etmə mərhələsi başa çatır”, - deyə Avetisyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Sasna-Tsrer