Doğrudan da Suriya hökumətinin guya Ermənistana rəsmi müraciəti açıqlanmadı və buna görə də erməni hərbi heyətinin Suriyada olmasının hüquqi əsasları başa düşülən deyil. Həmçinin erməni əsgərlərinə verilən zəmanət və müdafiə məsələləri qaranlıq qalır. Ermənistan hakimiyyət nümayəndələrinin məsələ ilə bağlı şərhləri vəziyyəti daha da qızışdırır. Belə ki, Paşinyanın mətbuat katibi Vladimir Karapetyan qəzetin əməkdaşı ilə söhbətində hüquqi əsasların olmaması və qanunvericiliyin kobud tapdalanması sualına qeyri-ciddi cavab verib. O bildirib ki, müraciət var, lakin bu onun əlində deyil.
“Bunun əsasını 2001-ci ildə imzalanmış humanitar missiya müqaviləsi, Suriya hökuməti ilə daimi təmas, Suriya xalqına yardım etməkdə bizim qətiyyətimiz, həmçinin ağır xəsarətlər alan yaşayış sahələrində, xüsusilə Hələbdə yaşayan ermənilərə dayaq durmaq istəyimiz təşkil edir”, - deyə o cavab verib.
2001-ci ildə kimlə nə haqqında hansı müqavilədən söhbət getdiyi məlum deyil. Ermənistan parlamentinin sektor komissiyasının sədri Andranik Köçəryan ümumiyyətlə məsələdən xəbərsiz olmaq ustalığı nümayiş etdirib. O deyib ki, indi sualları versinlər, araşdırılıb dəqiq cavab verilər.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi də yaydığı məlumatda bu əməkdaşlığın hüquqi əsasları məsələsindən yan keçib, lakin bunun əvəzinə Müdafiə naziri Davit Tonoyan rus həmkarı ilə geniş təbəssümlə şəkil paylaşıb.
Maraqlıdır ki, Tonoyanın müavini Qabriel Balayan bu işin Ermənistan tərəfinin təşəbbüsü olmadığını etiraf edərək, Rusiyadan gələn ideya olduğunu bildirib. Çoxları bunu Nikol Paşinyanın Moskvaya qarşı jesti kimi dəyərləndirir. Əlbəttə onun bu jesti “sevgi” ilə qəbul edilib, lakin onun bu davranış tərzi Moskavada mövqelərinin möhkəmlənməsinə yox, Ermənistan daxilində zəifləməsinə gətirib çıxardacaq. Paşinyan, nəyin hesabına olursa-olsun, Rusiya Federasiyası prezidenti Putinin etimadını qazanmağa çalışır.
Digər maraqlı məqam ondan ibarətdir ki, erməni parlamentində təmsil olunan siyasi müxalifət qüvvələri məsələ ilə bağlı hələ də ictimai mövqe açıqlamayıblar.
Baş verənləri təhlil edərək qeyd edə bilərik ki, Nikol Paşinyan bu addımı ilə erməni hərbçiləri və erməni diasporasının “təhlükəsizliyi” hesabına dava-dava oynayır.
Alpər Mövludoğlu
Ordu.az