Paşinyan niyə Suriyaya kontingenti təhrif edilmiş şəkildə göndərdi? – EKSPERT

2019/02/pasin-3100093364.jpg
Oxunub: 31086     12:51     13 Fevral 2019    
“Ermənistan Müdafiə Nazirliyinin və Baş nazirin mətbuat katibi Vladimir Karapetyanın Suriyada humanitar missiya həyata keçirilməsi prosesinə dair açıqlaması suallara cavab verməkdənsə, daha çox sual doğurur. Xatırladaq ki, Müdafiə Nazirliyi bu prosesin 2001-2002-ci illərdə Ermənistan prezidenti tərəfindən təsdiq edilən Ermənistan və Suriya hökümətləri arasında hərbi-texniki sahədə əməkdaşlıq haqqında razılaşma əsasında həyata keçirildiyini açıqlayıb.

İctimaiyyət və jurnalistlər tərəfindən sual edilir ki, niyə 88 nəfərdən ibarət “Mənim adımım” ittifaqı 17 illik razılaşmaya şübhəli cavablar verməklə təhrif edilmiş yola əl atdı”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu fikirləri müsahibədə Styopa Safaryan səsləndirib.


O, bunu Rusiya Federasiyası ilə Qərb arasındakı qarşıdurma fonunda gizli saxlamaq məsələsi olduğunu da istisna etməyib və məsələnin parlamentdə müzakirəsi zamanı bir sıra problemlərin ortaya çıxa biləcəyini diqqətə çatdırıb.

“Məsələn hansı müddətə getdikləri, hansı maraqları müdafiə etməyə və niyə getdikləri məlum deyil. Nəhayət 82 nəfərlik nümayəndə heyəti, həm də tibb işçiləri və mühəndislərlə yerli erməni icmasının qorunması işinin təşkili mümkünsüzdür. İstənilən halda bu cür addımlar alqışalayiq deyil və belə hallarda parlamentin təsdiqi zəruridir”, - deyə o əlavə edib.

Safaryan bildirir ki, bunu həm iqtidar, həm də parlament üsul-idarəsi olan ölkə rəhbərliyi dərk etməlidir. Ermənistan parlamentinin xarici münasibətlər daimi komissiyasının sabiq deputatı bu məsələni aydın şəkildə izah edib. O deyib ki, siyasi qərar qəbul edilib və sonra hüquqşünaslara deyiblər ki, gedin düşünün, baxın görün, nəyin əsasında gedə biləcəyimizi əsaslandırın.


Qeyd edək ki, həmin komissiyanın keçmiş sədri Armen Aşotyan Ermənistanla Suriya hökumətləri arasında 27 avqust 2001-ci il tarixli əməkdaşlıq haqqında razılaşmanın əsas gətirilməsinə baxmayaraq, əslində belə bir razılaşmanın mövcud olmadığını qeyd edib. Bunun əvəzində isə Ermənistanla Suriya hökumətləri arasında həmin tarixdə Dəməşqdə imzalanmış hərbi-texniki sahədə əməkdaşlıq haqqında razılaşma var.

Onun sözlərinə görə, bu razılaşma hərbi-texniki sahədə əməkdaşlığı nəzərdə tutur və Ermənistan Silahlı Qüvvələri nümayəndə heyətinin Suriyaya ezam olunmasına əsas təşkil edə bilməz. Çünki, bu razılaşma 2002-ci ildə Ermənistan prezidenti tərəfindən təsdiq edilsə də, Konstitutsiya məhkəməsinin rəyindən və ölkə parlamentinin ratifikasiya prosesindən keçməyib. Keçməməsinə səbəb isə həmin dövrdə razılaşmanın mətni qüvvədə olan “Beynəlxalq müqavilələr” haqqında qanuna əsasən erməni parlamentinin təsdiqinə tabe tutulmurdu.

Xüsusilə də razılaşmada Ermənistan tərəfindən maliyyə öhdəliyi və silahlı qüvvələrin ezam edilməsi müddəaları olmayıb. Aşotyanın onu da qeyd edib ki, sözügedən müqavilə ilə bağlı fəaliyyətdə olan hakimiyyətin verdiyi şərhlər özbaşınalıqdır və könüllü xarakter daşıyır. Hakimiyyət tərəfindən irəli sürülən isahatlar isə təhlükəli başlanğıcdır.

Aşotyan əlavə edərək bildirib ki, əgər bu razılaşma əsas götürülərsə, o zaman hərbi əməkdaşlıqla bağlı müqaviləsi olan istənilən ölkəyə Ermənistan Silahlı Qüvvələrin bölmələri göndərilə bilər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Suriya  


Bizi "telegram"da izləyin