Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ-ın “Raytheon” və Almaniyanın “Rheinmetall” firmaları layihədə “Lynx” adlandırdıqları döyüş vasitəsilə təmsil olunurlar.
“Rheinmetall” tərəfindən Parisdəki “Eurosatory” sərgisində ilk dəfə nümayiş etdirilən maşın üzərində partnyorluq planı isə ABŞ-ın yeni nəsil döyüş vasitəsi ilə bağlı proqram elan etməsindən sonra qərara alınıb.
“Raytheon”un layihəyə özünün qabaqcıl Cəld Öldürən Aktiv Müdafiə Sistemi ilə töhfə verdiyi bildirilir. Maşının digər özəllikləri arasında onun arxa hissəsində 9 nəfərlik piyada bölüyü üçün yer olması da var.
Bu cütlüyün digər rəqibləri isə Birləşmiş Krallığın “BAE Systems” və ABŞ-ın “General Dynamics” firmalarıdır.
Ağalar Ağalarlı
Ordu.az