“Raytheon” AEGIS radarları ilə bağlı yeni müqavilə imzalayıb

2018/10/Rayth-1538566028.jpg
Oxunub: 2004     15:25     03 Oktyabr 2018    
“Raytheon” AN/SPY-6 hava və raketdən müdafiə radarının istehsalı ilə bağlı yeni müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 22,7 milyon dollar dəyərə sahib müqavilədə radarların istehsalı ilə yanaşı mühəndislik, çatdırılma xərcləri və digər xidmətlər də nəzərdə tutulub.

Bildirilir ki, müqavilədə nəzərdə tutulan işlər ABŞ-ın Massaçusets ştatında həyata keçiriləcək və gələn ay yekunlaşacaq.

Qeyd edək ki, bu radarlar “Arleigh Burke” sinifli idarə olunan raketlə təchiz edilmiş esmineslərdə istifadə edilir. Bu sinifli esmineslərdə isə əsasən AEGIS silah sistemləri quraşdrılıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Raytheon   AEGIS  


Bizi "telegram"da izləyin