Ordu.az TASS-a istinadən xəbər verir ki, bu fikirləri Almaniyanın Müdafiə naziri Ursual von der Leyen bəyan edib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Almaniyanın enerji vasitəsilə Rusiyanın əsiri olduğunu bildirib. Trampın bu ifadələrinə toxunan Leyen belə deyib:
“Onun bununla nəyi nəzərdə tutduğunu deyə bilmərəm. Ümid edirəm ki, ABŞ prezidenti bu sammitdən sonra baş tutacaq Helsinki görüşündə bizim birliyimiz və qərarlılığımız barədə açıq mesajlar verəcək. Onların (Tramp və Putin) danışıqlar keçirməsi özü belə yaxşı xəbərdir”.
Onun sözlərinə görə, Almaniya kansleri Angela Merkellə Vladimir Putin arasında 13 ildir ki, müntəzəm kontaktlar mövcuddur və Almaniya Rusiya ilə dialoqun davam etdirilməli olduğunu düşünür.
Ağalar Ağalarlı
Ordu.az