NATO-nun uzun müddətdir gözlənilən sammiti bu gün başlayır

2018/07/thumbs_b_c_ee74d5e4f5ab393523c5db01fecdf805_1531297301.jpg
Oxunub: 412     16:18     11 İyul 2018    
Şimali Atlantika alyansına üzv ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə keçiriləcək sammit bu gün Belçikanın paytaxtı Brüsseldə start götürəcək.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, sammit 20 hərbi helikopterin nümayiş etdirəcəyi hava şousu ilə başlayacaq.

Şouda Türkiyənin T129 ATAK helikopteri ilə yanaşı, ABŞ, Belçika, Fransa, Almaniya, Danimarka, Macarıstan, İtaliya, Polşa, Rumıniya, Sloveniya və Çexiyadan olmaqla daha 19 helikopter iştirak edəcək.

Qeyd edək ki, NATO ötən ay Brüsseldə yeni qərargah binasına köçüb. Bu sammit yeni binada keçiriləcək ilk sammit olmaqla da tarixə düşəcək.

Görüşdə əsas diqqət veriləcək mövzunun NATO-ya üzv ölkələrin müdafiə büdcələrini ÜDM-nin 2%-nə çatdırması məsələsi olacağı gözlənilir. Belə ki, son dövrlərdə ABŞ prezidenti Donald Tramp bu məsələ ilə bağlı təzyiqlərini artırıb.

Digər tərəfdən alyansın çəkindirmə gücünün möhkəmləndirilməsi yolları, Türkiyənin Rusiyadan S-400 alması və s. mövzular da əsas müzakirə məsələləri arasında yer alacaq.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: NATO   ABŞ   Sammit  

NATO-nun uzun müddətdir gözlənilən sammiti bu gün başlayır

2018/07/thumbs_b_c_ee74d5e4f5ab393523c5db01fecdf805_1531297301.jpg
Oxunub: 413     16:18     11 İyul 2018    