ABŞ Senatı NATO-nu dəstəkləyəcək

2018/07/l_127966_111457_updates_1531288926.jpg
Oxunub: 3054     14:00     11 İyul 2018    
ABŞ senatorları dünən səsə qoyulan NATO-nun dəstəklənməsinə dair təklifin lehinə səs veriblər.

Ordu.az “The Hill”ə istinadən xəbər verir ki, öhdəlik qüvvəsi olmayan təklifdə Senatın NATO-ya dəstəyi ifadə olunub və ABŞ tərəfindən sammitdə iştirak edəcək şəxslərə, ölkənin NATO qarşısındakı öhdəliklərinə bağlı olduğunu təsdiqləmək çağırışı edilib.

Trampın Brüssel səfəri ilə üst-üstə düşən səsvermədə 97 senator təklifin lehinə, 2-si isə əleyhinə səs verib. Təklifin qəbul edilməsinin əhəmiyyəti isə Trampın NATO-ya qarşı təzyiqləri artırmasına baxmayaraq ölkənin qanunverici orqanının alyansı dəstəkləməsindədir.

Qeyd edək ki, Donald Tramp Brüsseldən sonra Birləşmiş Krallığa gedərək Tereza Meylə, daha sonra isə Finlandiyanın paytaxtı Helsinkidə Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   NATO   Senat  


Bizi "telegram"da izləyin